SON XƏBƏRLƏR

Tehranda təqaüdçülər İran parlamenti qarşısında etiraz aksiyası keçiriblər

2021.12.29, 10:35
Tehranda təqaüdçülər İran parlamenti qarşısında etiraz aksiyası keçiriblər

Gunaz.tv

Təqaüdçülər keçirdikləri əvvəlki aksiyalardakı tələblərini irəli sürərək maaşlarının artırılmasını tələb ediblər.

Ölkədə baş alıb gedən bahalığa və inlyasiyaya etiraz edən rəqaüdçülər dolaxnışıqlarının ağır olduğunu və onlara verilən maaşın ehtiyaclarını qarşılamadığını vurğulayaraq, təqaüd maaşlarının artırılmasını tələb ediblər.

Yaılan məlumata görə, “Qalibaf utan xəcalət çək, parlamentdən əl çək” və “Maaşların bərabərləşdirilməsi ilə bağlı layihənin icrası bizim haqqımızdır” şüarlarını  səsləndirən təqaüdçülər, deputatların onların ağır məişətinə laqeyd qalmasına etiraz bildiriblər.

Dünən həmçinin paytaxt Tehrandan başqa İranın Sari, Qəzvin, Şiraz (Lordqan), İsfahan, Həmədan, Ərdəbil, Sənəndəc, Şəhri Kürd və daha bir neçə şəhərində təqaüdçülərin dinc etirazları keçirilib. 

Bildirilir ki, “Bir mənimsəmə və oğurluq halı azalsa bizim maaşlar təmin olar” və “izim əllərimiz boşdur, sizin isə dolanışığınız əladır” şüarları səsləndirən təqaüdçülər, hökumətin təqaüdçülərin ağır məişət şəraitinə biganə yanaşmasına və dövlət qurumlarında baş alıb gedən korrupsiyaya etirazlarını bildiriblər.

Polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılarla necə davrandığı barədə hər hansı bir məlumat yayılmayıb. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar