SON XƏBƏRLƏR

Tehranda tətilə qoşulan etirazçılara qarşı cinayət işi açılır

2022.05.19, 08:05
Tehranda tətilə qoşulan etirazçılara qarşı cinayət işi açılır

Gunaz.tv

Tehran bəədiyyə başçısı Əlirza Zakanı məsələ ilə bağlı ona verilən suala cavab olaraq bir sıra şəxslərin etirazları təşkilatlandırdığını və buna görədə problemin Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə bağlı olduğunu deyib.

Zakani Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə müraciət edərək sürücülərin aksiyalarının keçirilməsində təşkilatçılıq edənlərə qarşı ciddi tədbirlər görülməsini istəyib.

Qeyd edək ki, aksiyaya qoşulan sürücülərdən 11 nəfəri Evin zindanının 6-cı bölməsinə köçürülüblər.

Rəsmilərin məsələ ilə bağlı verdikləri açıqlamalardan həbs olunan sürücülərə qarşı qondarma “iğtişaş törətmək” ittihamının irəli sürülə biləcəyi ehtimal edilir.

Hökumət bu vasitə ilə başqa aksiyaçıları qorxudub və etiraz aksiyalarının genişlənməsinin qarşısını almaq istəyir.

Qeyd edək ki, sürücülər və ictimai nəqliyyat işçiləri inflyasİyanın şiddətləndiyi və bütün məhsulların bir neçə dəfə bahalaşdığı bir vaxtda maaşların sadəcə 10 faiz artırılmasına etiraz edirlər.

Onlar heç bir dərdə yetməyən bu artımın söz verilən 57 faizlik artımdan çox aşağı olduğunu bildirirlər.

Narazı sürücülər qeyd ediblər ki, "Tehran Bus" şirkəti söz verilən artımla bağlı hökumətdən verilən tapşırıqları heçə sayır və onların dərdlərinə biganə yanaşır. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar