SON XƏBƏRLƏR

Tehranda yaşayan azərbaycanlı siyasi məhbus aclığa başlayıb

2022.09.19, 10:28
Tehranda yaşayan azərbaycanlı siyasi məhbus aclığa başlayıb

Gunaz.tv

Məlumata görə, güneyli müəllim sentyabrın 14-də Evin zindanında məhkumluq dövrünü yaşayan və Azərbaycan Rspublikasından olan bir xanım məhbusun döyülməsi və aşağılanmasına etiraz edib və iradları nəzərə alınmadığı üçün aclığa başlayıb.

O, bildirib ki, məhbusların səsini zindandan kənara çatdırmaq üçün aksiyaya başlayıb.

Zeynəb Həmrəngin oğlu Ehsan Seyfinin insan haqları təşkilatlarına verdiyi məlumata görə, anası aclıq aksiyasına başladıqdan sonra Azərbaycan Respublikasından olan xanım məhkumla birlikdə təzyiqlərə məruz qalıb və zindanın karantin bölməsinə köçürülüb.

Siyasi məhbusun oğlu anası və başqa məhkuma qarşı təzyiq göstərənlərin Qasimi, İsmaili və Fikri soyadlı məmurlar olduğunu bildirib.

50 yaşlı Zeynəb Həmrəng Ərdəbil əyalətinin Muğan bölgəsindəndir və həbs olunana qədər Tehran şəhərində yaşayıb. 

Müəllimlərin sinfi təşkilatında fəal üzvlərdən biri olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarının qorunması tələbi ilə etiraz aksiyalarına qatıldığı üçün saxlanılıb. 

Həmrəng 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. 

Güneyli müəllim “ölkənin təhlükəsizliyinə qarşı aksiya toplaşmaq və əlbir olmaq” ittihamına görə 5 il, “hökumətə qarşı təbliğat” ittihamına görə isə 1 il həbs cəzasına məhkum edilib. 

O, müxtəlif xəstəliklərdən, o cümlədən yüksək qan təzyiqi, böyrək çatışmazlığından əziyyət çəkir. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar