SON XƏBƏRLƏR

Tehranda kiberhücum- Önəmli dövlət obyektlərinin müşahidə kameraları sıradan çıxarıldı

2022.06.02, 10:51
Tehranda kiberhücum- Önəmli dövlət obyektlərinin müşahidə kameraları sıradan çıxarıldı

Gunaz.tv

Bununla yanaşı Xomeyninin ölümünün ildönümünə hazırlıq ərəfəsində inqilab rəhbərin məqbərəsi, Behişt-i Zəhra qəbristanlığı başda olmaqla 5 min müşahidə kamerasının sisteminə girildiyi və onların "kor edildiyi" bildirilir.

Tehran bələdiyyəsi, İbrahim Rəisinin ofisi, ETTELAAT, SEPAH və Əli Xaməneyinin ofisinə bağlı kameralara nəzarət mərkəzinin tamamilə sıradan çıxarıldığı deyilir.

Bununla yanaşı İran hökumətinin müxtəlif mərkəz və idarələrinə bağlı 150 sayta haker hücumu olub və hökumət əleyhinə şüarlar yerləşdirilib.

Hücumla bağlı İran Xalq Mücahidləri Təşkilatı bəyanat yayıb və məsuliyyəti öz üzərinə götürüb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar