SON XƏBƏRLƏR

“25 kiloqrama qədər uranı 60 faiz səviyyəsində zənginləşdirmişik”-Tehran rəsmisi

2021.11.05, 10:40
“25 kiloqrama qədər uranı 60 faiz səviyyəsində zənginləşdirmişik”-Tehran rəsmisi

Gunaz.tv

Noyabrın 3-də Amerikanın Tehrandakı keçmiş səfirliyinin binasında keçirilən bir tədbirdə çıxış edən Behruz Kamalvəndi  deyib ki, İranın hazırda yüksək səviyyədə zənginləşdirilmiş uranının həcmi 25 kiloqrama çatıb.


“Ölkə parlamentinin qərarı ilə bizim 20 faiz səviyyəsində zənginləşdirilmiş uranımızın həcmi 120 kiloqrama qədər olmalı idi. Lakin hazırda bizim bu səviyyədə zənginləşdirdiyimiz uranın həcmi artaraq 210 kiloqrama çatıb.


Bundan başqa, bir sıra qanuni məhdudiyyətlərin aradan qaldırılması ilə bizim 60 faiz səviyyəsində zənginləşdirilmiş uranımızın həcmi isə 25 kiloqrama qədər yüksəlib.

Br halda ki, yalnız atom silahına malik olan ölkələr bunu baraca bilərlər”, -deyə İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi bildirib.


Qeyd edək ki, atom bombası istehsal etmək üçün uranın zənginləşdirilməsi səviyyəsi 90 faizə qədər çatdırılmalıdır və Behruz Kamalvəndi uranı 60 faiz səviyyəsinə qədər zənginləşdirdiklərini bildirməklə, dolayı yolla İranın nüvə silahı istehsal etməyə yaxılaşdığına eyham vurub.

ایران: اورانیوم با غنای ۶۰ درصد تولید کردیم - BBC News فارسی

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar