SON XƏBƏRLƏR

Əhvaz etirazlarında həbs edilənlərin sayı 400-ü aşıb

2021.10.20, 07:36
Əhvaz etirazlarında həbs edilənlərin sayı 400-ü aşıb

Gunaz.tv

GünAzTV:İran ərəblərinin yaşadığı Xuzistan əyalətinin mərkəzi sayılan Əhvazda və digər şəhərlərdə fars şovinizminə qarşı keçirilən dinc kütləvi xalq etirazlarında tutulanların sayı 400-ü aşıb. Bu barədə yerli ərəb mənbələri və İrandakı hüquq müdafiəçiləri aprelin 8-də məlumat yayıb.

 

Məlumatda bildirilir ki, tutulanlardan 250 nəfəri aprelin 7-də Əhvazın Şeyban və Sepidar zindanlarına, digərləri isə əyalətin digər şəhərlərinin həbsxanalarına köçürülüb. Həbs edilənlərin əksəriyyini 16-25 yaş həddində olan gənclər təşkil edir. Qeyd olunur ki, son iki həftədə Xuzistanın Əhvaz, Abadan, Əmidiyyə, Məlaşiyyə, Mahşər, Xürrəmşəhr və digər şəhər, kənd və bölgələrində baş verən kütləvi həbslər, əsasən yerli ETTELAAT, “Sepah”ın ETTELAAT-ı və hüquq-mühafizə qüvvələrinin əməkdaşları tərəfindən həyata keçirilib. Hazırda əyalətin müxtəlif zindanlarında, ağır fiziki və ruhi təzyiqlər altında saxlanılan etirazçıların konkret nədə günahlandırıldığı barədə hər hansı bir rəsmi məlumat yayılmayıb.

 

 

Xatırladaq ki, martın 23-də İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan bir uşaq verilişində, azyaşlı aparıcı, İran xəritəsində müxtəlif millətlərin yaşadığı bölgələrin üzərinə, o millətin geyimini geyən gəlinciklər yapışdırıb, lakin Əhvaza gəlincə, yerli ərəblərə məxsus milli geyimi olan gəlincik yox, yerinə başqa bir gəlincikdən istifadə edilib. Bununla da Xuzistan əyalətində hər hansı bir ərəbin olmamasına eyham vurulub. Bu irqçi hərəkət isə, yerli ərəb xalqının kəskin etirazına səbəb olub.

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar