SON XƏBƏRLƏR

Əhvaz polad zavodunun təqaüdçüləri etiraz aksiyası keçiriblər

2021.10.20, 07:36
Əhvaz polad zavodunun təqaüdçüləri etiraz aksiyası keçiriblər

Gunaz.tv

GünAz TV: Əhvaz polad zavodunun təqaüdçüləri gecikmiş əmək haqları və bayram bonuslarının ödənməməsi, eləcə də keçmiş illərdəki tələblərinin yerinə yetirilməməsinə görə, martın 3-də etiraz aksiyası keçiriblər.

 

Bu etiraz aksiyası ilə bağlı “Həft Təpə” şəkər qamışı zavodunun “Telegram” sosial şəbəkəsindəki kanalında məlumat yayılıb.

 

Müxtəlif şüarlar səsləndirən etirazçılar daha sonra Xuzestən valiliyinin binasına tərəf yürüş keçiriblər.

 

Etirazçılardan birinin sözlərinə görə, hər ay təqaüdlərin gecikməsi bir kənara, son 6 ildə etdikləri tələblərin heç biri yerinə yetirilməyib. O bildirib ki, hətta bəzi işçilər 2013-cü ildə təqaüdə çıxsalar da, hələ də onların işləyən vaxt verilməli olan 13-cü maaşları ödənməyib. Son illər ərzində bu xüsusda çox vədlər verilsə də, heç birinə əməl edilməyib.

 

Qeyd etmək lazımdır ki, son aylar ərzində Əhvaz polad zavodunun təqaüdçüləri dəfələrlə yuxarıda qeyd edilmiş səbəblərə görə etiraz aksiyaları keçiriblər. Hər dəfə rəsmilər onlara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı vədlər versələr də, amma öz vədlərini tutmayıblar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar