SON XƏBƏRLƏR

Əhvazda çayxanada baş verən yanğında 11 nəfər həlak olub, 14 nəfər bədən xəsarəti alıb

2021.10.20, 07:36
Əhvazda çayxanada baş verən yanğında 11 nəfər həlak olub, 14 nəfər bədən xəsarəti alıb

Gunaz.tv

GünAzTV: İranın Xuzistan əyalətinin Əhvaz şəhərində bir çayxanada baş verən yanğında 11 nəfər həlak olub, ən azı 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Əhvaz hüquq-mühafizə qüvvələrinin komandanı polkovnik Məhəmməd Səfəri jurnalistlərə açıqlamasında bildirib ki, hadisə aparelin 3-ü, gecə saat 01:00 radələrində baş verib və yanğını törətməkdə şübhəli bilinən şəxs qısa bir zamanda yaxalanıb: “Yanğın, Əhvazın Kiyan məntəqəsində yerləşən “Nuras” çayxanasında baş verib. Yanğını, çayxana sahibi ilə qohumluq münasibətləri olan 17 yaşlı bir gənc törədib. O, məişət zəminində aralarında olan ixtilafa görə çayxanaya benzin səpərək od vurub. Törətdiyi cinayətdən sonra hadisə yerindən qaçan bu şəxs, 4 saat ərzində əməkdaşlarımız tərəfindən yaxalanıb və öz cinayətinə etiraf edib.  

 

Təəssüflər olsun ki, yanğında 11 nəfər həyatını itirib, ən azı 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Hazırda hadisənin təfərrüatı araşdırılır”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar