Verilən məlumatda edamın Əhvaz şəhərinin “Sepidar” həbsxanasında həyata keçirildiyi bildirilir.
Gunaz.tv
Məhbuslar Casim Heydəri, Əli Xosrəci, Hüseyn Silavi və Nasir Mərməzinin(Xəfəciyan) ailələri fevralın 28-də “Sepidar” həbsxanasına çağrılaraq övladları ilə sondəfə görüşüblər.
Məhbuslar ailələri ilə görüşdə son aylar təcridxanada ağır şərayitdə saxlandıqları üçün aclıq aksiyasına əl atdıqlarını, xəstələndiklərini, məhkəmə orqanları və həbsxana məsullarının buna laqeyd yanaşıb və onları ölümlə üz-üzə qoyduqlarını söyləyiblər.
Sünni ərəb fəl və Sepidar həbsxanasında edam olunanlardan biri Casim Heydəri, 2017-ci ilin dekabr ayında təhlükəsizlik və kəşfiyyat məmurları tərəfindən saxlanılmış, “müxalif təşkilatlar ilə işbirliyi və başqalarının hüququna təcavüz” ittihamı ilə mühakimə olunaraq Əhvaz İnqilab Məhkəməsinin 3 saylı şöbəsi tərəfindən edama cəzasına məhkum edilmişdir.
Qeyd edək ki, məhbuslar ailələri ilə görüşdə günahsız olduqlarını və onlara qarşı irəli sürülən ittihamlarla bağlı işgəncə altında etiraf alındığını bildirmişdilər.
C.E