SON XƏBƏRLƏR

Əhvazda İran televiziyasının irqçi hərəkətlərinə qarşı etiraz aksiyası keçirilib – VİDEO

2021.10.20, 07:36
Əhvazda İran televiziyasının irqçi hərəkətlərinə qarşı etiraz aksiyası keçirilib – VİDEO

Gunaz.tv

GünAz TV: Əhvazın ərəb əhalisi İran televiziyasının irqçi hərəkətlərinə qarşı etiraz aksiyası keçirib.

 

Əhvaz İnsan Hüquqları Təşkilatının yaydığı məlumata görə, aksiya martın 28-də Xuzistan Teleradio Şirkətinin binası önündə keçirilib.

 

Aksiya martın 23-də İranın 2-ci kanalında yayımlanan bir uşaq verilişinin məzmununa etiraz olaraq həyata keçirilib. Belə ki, aparıcı İran xəritəsində müxtəlif millətlərin yaşadığı məntəqələrin üzərinə, o millətin geyimini geyən gəlinciklər yapışdırıb, lakin Əhvazın üzərinə ərəblərə məxsus geyimi olan gəlincik deyil, başqa bir gəlincikdən istifadə edib. Bu təhrif Əhvazın ərəb əhalisinin kəskin etirazına səbəb olub.

 

Məlumata görə, etiraz aksiyasında minlərlə ərəb iştirak edib, onlar Teleradio Şirkəti rəhbərliyinin üzr istəməsi və təhrifə yol verən şəxslərin işdən çıxarılmasını tələb ediblər. Etirazçılar ərəb geyimi ilə aksiyaya qatılıb.

 

https://www.youtube.com/watch?time_continue=1&v=xwEEWtxdLg0

 

 

Aksiyada ərəb dilində “Əhvaz bizimdir, kimsə onu bizdən ala bilməz” şüarı səsləndirilib.

 

Ərəblər sosial şəıbəkələrdə də İran televiziyasının irqçi hərəkətini kəskin şəkildə pisləyərək soydaşlarını etirazlara qoşulmağa çağırıblar.

 

Xəritə üzərində ərəb millətini sıradan çıxaran İran Teleradio Şirkəti müxtəlif zamanlarda İranda yaşayan digər millətlər, o cümlədən azərbaycanlılara qarşı oxşar təhrif və təxribatlara əl atıb. Kütləvi informasiya vasitələri İranda qeyri-fars millətlərinə qarşı asimilasyon siyasətini həyata keçirən vasitələrdən yalnız biridir, rejimin bu siyasəti dərsliklər, dini və elmi məkanlar və s. kimi yerlərdə planlı şəkildə icra olunur.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar