SON XƏBƏRLƏR

Əhvazda tənqidçi ərəb şairin şühbəli ölümünə görə etiraz aksiyaları keçirilib- VİDEO

2021.10.20, 07:36
Əhvazda tənqidçi ərəb şairin şühbəli ölümünə görə etiraz aksiyaları keçirilib- VİDEO

Gunaz.tv

GünAz TV: Millətçi və tənqidçi ərəb şair Həsən Heydərinin şübhəli şəkildə ölməsinin ardınca Əhvazın ərəb əhalisi etiraz aksiyası keçirib.

 

Ötən gün gecə saatlarında keçirilən aksiya zamanı əhvazlı gənclər yolların ortasında od qalayaraq, küçələri bağlayıblar.

 

Etirazçı gənclər yollarda ağac qırıqları yandırmaq və küçələrə daş yığmaqla, hərəkəti bağlayıblar. Etirazlara “Ələvi” və “Kut Abdulla” bölgələrinin ərəb əhalisi də qoşulub. “Kut Abdulla” cavanları bölgəni Əhvazla birləşdirən magistralı bağlayıblar.

 

 

Təhlükəsizlik qüvvələri etirazçıların üstünə hücum çəkərək, onların aksiyasını dağıtmağa cəhd göstərib.

 

Qeyd etmək lazımdır ki, millətçi və etirazçı şair Həsən Heydəri noyabrın 10-u səhər saatlarında, Əhvazın Şəfa xəstəxanasında qeyri-müəyyən şəraitdə dünyasını dəyişib. O, milli və etirazçı ruhda şerlər yazmaqla məşhur idi. Şair hakim siyasi elitanın dini düşüncələrində mövcud olan xurafatlar, ruhanilərin İranda yürütdükləri siyasət və digər bu qəbildən olan tənqidlərinə görə, dəfələrlə ETTELAAT-ın Əhvaz şöbəsi tərəfindən həbs edilmişdi.

 

Ailəsi və yaxınları Həsən Heydərinin zəhərlələ öldürüldüyünü deyirlər. Onun qohumlarından biri bu barədə bildirib ki, Həsən zəhərləndiyini hiss etdiyindən, şənbə günü axşam onu xəstəxanaya apardıq. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, sübh çağına yaxın onun vəziyyəti daha da ağırlaşdı. Səhər isə xəstəxanadan bizə onun zəhərlənmə şiddətindən infarkt keçirdiyini və nəticədə dünyasını dəyişdiyini bildirdilər.

 

Yaxınları bildirirlər ki, Həsən Heydəri sağlam gənc olub və onun heç vaxt səhhətində ciddi problemi olmayıb. Onlar İran təhlükəsizlik qüvvələrini şairi öldürməkdə ittiham edirlər.

 

Qeyd etmək lazımdır ki, bundan öncə də dəfələrlə bir neçə ərəb şair və ya mədəniyyət xadimi müəmmalı şəkildə dünyasını dəyişib. Onlardan 7 il öncə qeyri-müəyyən səbəblərdən ölən ərəb şair Səttar Səyyahini misal göstərmək olar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar