Əkbər Əbulzadə Əhərdə təşkil olan kütləvi məhkəməni şərh edib – Müsahibə / Audio

2017-09-02 13:46

GünAz TV: Bir neçə həftə əvvəl Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində kütləvi şəkildə mühakimə edilən 40-a yaxın türk dili haqları fəallarından biri Əkbər Əbulzadə “Amerikanın Səsi”nə danışıb.

 

Mühakimə olunanların keçən illərdə nəzarət altına alınmasını və üzləşdikləri ittihamları ətraflı şəkildə şərh edən Əbulzadə bütün bu porseslərdə fəallardan əlavə onların ailələrinin də psixoloji basqı altında olduğunu vurğulayır.

 

Əhər Məhkəməsi fevral 2014 Dünya Ana Dili Günündə tutulanlar və oktyabr 2015-de keçirilən “anti-irqçilik” etirazlarında tutulanlar ilə bağlı dosyeləri birləşdirib və 40-a yaxın fəalı kütləvi şəkildə mühakimə etməkdədir.

 

 

Hər iki tarixdə nəzarət altına alınanlar arasında olan Əkbər Əbulzadə bu dosyelərlə bağlı prosesi ətraflı şəkildə anladıb:

 

“2014 ili Dünya Ana Dili Gününü əzizləmək üçün Əhər şəhərində bir evdə təşkil olunmuş törəndə 70-ə yaxın fəal tutuldu. Bunlardan 63-ü üçün məhkəmə dosyesi təşkil olunmuşdu. Dəfələrlə məhkəməyə çağrılmalardan sonra, ən son 23 fəala çağırış göndərildi.

2015 oktyabr ayında televiziyadan yayımlanan Fitilə adlı uşaq proqramında türklərin aşağılanması ardından başlanan etirazlarda da [Əhərdə] 30-a yaxın fəal tutulmuşdu. Bunlardan 23 fəal üçün məhkəmə dosyesi tərtib edildi ki, prosesin son mərhələsində ana dili günü tutulanların dosyesi ilə birləşdi və 15 fəal məhkəməyə çağrıldı.”

 

Əbulzadənin verdiyi məlumata görə, Əhərdə mühakimə olanlardan, Abbas Lisani, Saleh Molla Abbasi, İbrahim Rəşidi (Savalan), Əsgər Əkbərzadə, Abbas Nəzəri, Rahim Qulami, Həbib Əbulzadə, İbrahim Nuri və Əkbər Əbulzadə özü “təhlükəsizliyi pozmaq məqsədi ilə rejimə muxalif qruplaşmaları təsis və idarə etmək” ittihamı ilə günahlandırılırlar.

 

İsrafıl Fəthuallahzadə, Behzad Əbdi, Meysəm Azadi, Vəhid Faizpur, Şapur Nüsrətpur, Məhəmməd Rəhmanifər, Fərdin Muradpur, Əli Feyzipur, Murtaza Məhəmmədi, Meysəm Colani, Beytulla Bərzgər, Mənsur Seyfi və Səid Məhəmmədinin ittihamı isə həmin qruplaşmalara üzv olmaqdır.

 

Rejimə muxalif qruplaşmaları təsis və idarə etmə ittihamı Dünya Ana Dili Günü tədbiri ilə əlaqədar irəli sürülür.

 

Fəallar anti-irqçilik mitinqlərinə qatılmaq səbəbilə də, “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” ittihamı ilə üzləşiblər. Bu ittihamla mühakimə olunan fəallar Saleh Mollah Abbasi, İsrafil Fəthullahzadə, Əlirza Çəngizi, Cəlal Durudgəri, Hamid Allahverdizadə, Murtaza Şükri, Məcid Nağızadə, İbrahim Nuri, Vahid Bəstami, Süleyman Kazımi, Murtaza Səfəri, Əkbər Cahangiri, Mehdi Zəncirbulağı, Arəş Cəfəri və Əkbər Əbulzadədən ibarətdir.

 

 

 

Əhər Məhkəməsi eyni gündə həmçinin keçən illərdə Uyğur türklərinə dəstək mitinqlərinə qatılan fəalları da mühakimə edib. Əbulzadənin dediklərinə görə, bu dosyeyə digərləri ilə eyni gündə baxılsa da onlarla birləşdirilməyib.

 

Əkbər Əbulzadə 2014-cü ilin ana dili günündə tutulduğu zaman 11 gün, anti-irqçilik mitinqləri zamanı tutulduğunda isə 1 gün nəzarətdə saxlanılıb və hazırda müvvəqəti azadlıqdadır. Onun kimi hər iki tarixdə tutulub nəzarət altına alınan başqa fəallar da var.

 

Onun sözlərinə görə, bütün proseslərdə, fəallardan əlavə, onların ailələri də ruhi basqılara məruz qalır.

 

“Baxın, bir məhkəmə çağırışı gəlir. Çağırış gəldikdən bir neçə ay sonra məhkəmə təşkil olunur. Məhkəmədən sonra, bunun sonu necə olacaq, necə bir hökm veriləcək, kimi [narahatlıqlar] olur. Bu, ailələrin üzərində bir ruhi basqı təşkil edir. Eyni zamanda, Əhərdə olan mədəni fəaliyyətlərə baxanda, məhkəmə proseslərinin belə uzun olmasında bir məqsəd görünür. İstəmirlər ki, bu fəallar mədəni və ictimai fəaliyyətlərə girişsin,” deyə milli fəal ifadə edir.

 

O, həmçinin, ana dili günü tutulanları ilə bağlı məhkəmənin uzadılması, 2015 və 2017 illəri arasında dosyenin haradasa bağlanması, dosyenin Təbriz və Əhər məhkəmələri arasında “get-gəl”də olması kimi məqamlara işarə edərək, bəzi qanunsuzluqların həyata keçirdildiyini önə çəkir.

 

“Bu dosye ilə bağlı prosesə baxanda ki, Təbriz və Əhər arasında get-gəl olub, nəzərə gəlir ki, burada bu dosyeyə bəraət hökmü verilib. Amma, daha sonra bəzi basqılar nəticəsində dosye yenidən açılıb. Hətta o müddətdə müraciət edən bəzi yoldaşlara şifahi olaraq demişdilər ki, bu dosye bağlanıb. İndi də ki, iki il səssizlikdən sonra bunu yenidən açıblar. Bu bəzi sualları ortaya çıxarır..,” deyə Əkbər Əbulzadə əlavə edir.

 

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/akbar-abulzade-turk-dili/4008112.html

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV July.10.2020: İran hakimiyyəti Kiş adasının Çinə verilməsi xəbərini rədd edir

2020-07-10

gun az article

Tikantəpədə mədənlərin ətraf mühitə vurduğu ziyan yerli əhalini köç etməyə məcbur edir

2020-07-10

gun az article

İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmün ləğv edilməsini tələb edib

2020-07-10

gun az article

Güney Azərbaycan yollarında baş verən qəzalarda 8 nəfər ölüb

2020-07-10

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır

2020-07-10

gun az article

Güney azərbaycanlı ata və oğul həbsxanadan məzuniyyətə buraxılıblar

2020-07-10

gun az article

Türkmən insan haqları təşkilatı Abbas Lisaniyə qarşı çıxarılan hökmü qınayıb + Video

2020-07-10

gun az article

GünazTV July.09.2020-Sözümüz: Ədəbi körpü

2020-07-10

gun az article

GünazTV July.09.2020- Düşünməyə Çağrı: Ortadoğuda Türkiyənin Terörlə Mücadələsi və Güney Azərbaycan

2020-07-10

gun az article

Güney azərbaycanlı fəal Əli Əziziyə qarşı yeni ittiham irəli sürülüb

2020-07-09

gun az article

GünazTV July.09.2020: "Azərbaycanın Mandela"sına verilən 15 illik həbs cəzası təsdiqləndi"

2020-07-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 530 nəfəri ötüb

2020-07-09

gun az article

“United for İran” insan hüquqları təşkilatı güney azərbaycanlıların Abbas Lisaniyə dəstək klipini yayıb+ VİDEO

2020-07-09

gun az article

Güney azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə dəstək üçün Telegram kanalı yaradılıb

2020-07-09

gun az article

Qaradağ meşələrində yanğın baş verib

2020-07-09

gun az article

M.Ə.Rəsulzadə niyə dövlətimizi “Azərbaycan” adlandırılıb?- Məqalə

2020-07-09

gun az article

Ərəb və bəluc fəallardan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə dəstək

2020-07-09

gun az article

Təbrizdə qaldırılan qız heykəlinin geyimi dəyişdirildi, yerinə qaytarıldı

2020-07-09

gun az article

Ərk cəmiyyətinin sədri: Abbas Lisani qeyd-şərtsiz sərbəst buraxılmalıdır

2020-07-09

gun az article

Ermənistanın Arazı çirkləndirməsi ilə bağlı xəbərdarlıq: "Muğanda xərçəng sunamisi yaranıb"

2020-07-09