SON XƏBƏRLƏR

Əkbər Fəthi: “Şərqi Azərbaycanda torpaqlar sudan daha acınacaqlı vəziyyətdədir”

2021.10.20, 07:36
Əkbər Fəthi: “Şərqi Azərbaycanda torpaqlar sudan daha acınacaqlı vəziyyətdədir”

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı Təşkilatının rəhbəri Əkbər Fəthi rəhbərlik etdiyi bölgədə torpağın sudan daha acınacaqlı vəziyyətdə olduğunu deyib.

 

O qeyd edib ki, əyalət ərazisində su ilə bağlı problemlərə daha çox diqqət ayrılır, lakin əhali burada torpağın şoranlığından da əziyyət çəkir. Məsullar bu problemə suya olduğu kimi, etinasız yanaşırlar.

 

Rəsmi rəhbərlik etdiyi qurumun Urmiya gölünün suyundan su istifadəsini 40% azaltmaq istiqamətində addımlar atdıqlarını desə də, əyalətin əkinə yararlı torpaqlarının 49%-nin göl ətrafında yerləşdiyinə görə, bu xüsusda azaltmaqla bağlı böyük problemlərin olduğunu deyib.

 

Əkbər Fəthi qeyd edib ki, əhali əsas məşğuliyyət sahəsi olan kənd təsərrüfatından tamamilə uzaqlaşa bilməz. Əyalətdə digər əkin formalarına keçid edilib, yeni istixanalar qurulub və sudan istifadəni azaltmaq üçün təsərrüfatçılara daha az su içən bitki növləri əkmək tövsiyə edilib.

 

Rəsmi sonda qeyd edib ki, əhali təklif edilən bitkiləri əkməyə elə də maraq göstərmirlər və buna görə də, qurumlarla onlar arasında fikir ayrılıqları mövcuddur. O, bunun səbəb kimi əkilmək üçün tövsiyə edilən məhsullara böyük təlabat olmamasını və nəticədə fermerlərin çəkdikləri əziyyət və sərf etdikləri vəsaitlərin qarşılığında maddi gəlir götürə bilməməsini göstərib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar