Əkbər Haşimi Rəfsəncaninin qızı: “İran İslam Respublikası ilə DAİŞ-in qadınlara münasibəti eynidir”

09.03.2019, 13:01

GünAz TV: İran rejiminin qurulmasında “mütəsna xidmətlər” göstərmiş və rejimin əsas siyasi çöhrələrindən olan Əkbər Haşimi Rəfsəncaninin qızı ölkə rəhbərliyini kəskin tənqid edib.

 

Xarici media orqanlarından birinə müsahibə verən Faizə Haşimi ölkə rəhbərliyinin qadınlara qarşı münasibətinin DAİŞ-dən fərqlənmədiyini deyib.

 

O bildirib ki, inqilabdan sonra ötən 40 il ərzində qadınları ictimai fəaliyyəti, yüksək vəzifələrə təyin olunması, eləcə də siyasi arenalarda təmsil olunmasında heç bir irəliləyişə nail olunmayıb, əksinə, bu sahədə ölkə daha da geriləyib. Faizə Haşimi bunun əsas səbəbinin İran rejiminin rəhbərlərinin qadın haqlarını siyasi müstəviyə daşıması olduğunu bildirir. Onun sözlərinə görə, ölkədə qadınlarla bağlı bir məsələ irəli sürüləndə iranlı rəsmilər və axundlar bunu “Qərb mədəniyyətinin ölkəyə nüfuzu” kimi dəyərləndirirlər.

 

O, buna misal kimi qadınların stadionlarda idman yarışlarına tamaşa etməsini göstərir. Faizə Haşiminin sözlərinə görə, “islam dinində və ölkə qanunlarında bu hal qadağan edilmədiyi halda, iranlı rəsmilər və ayətullahlar məsələni siyasiləşdirirlər, qadınlara qarşı ayrı-seçkilik edib, onların idman arenalarına daxil olmasına əngəl törədirlər”.

 

Rəfsəncaninin qızının sözlərinə görə, ölkədə bəzi aşağı səviyyəli postlarda az da olsa, qadınlar təyin edilib. Yüksək postlarda da son dövrlər 1-2 qadın təyinatı nəzərə çarpır. Lakin yüksək postların, eləcə də mühüm idarəetmə mərkəzlərinin demək olar ki, hamısında kişilər qərarlaşıb.

 

O qeyd edir ki, hətta İran Milli Məclisində, Ali Məsləhət və Ekspertlər Şuralarında bir nəfər qadın belə təmsil olunmur. Bundan əlavə, ölkədə qadın hakim mövcud deyil. O, qadınlara qarşı bu cür ayrı-seçkiliyi və üstdən aşağı baxmağı nəzərə alaraq bildirib ki, “İran İslam Respublikasının qadınlara qarşı münasibəti ilə DAİŞ-in qadınlara münasibəti eyniyyət təşkil edir”.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda yol qəzalarında ölənlərin yeni statistikası açıqlanıb

2022-08-09

gun az article

QHT BMT qurumuna üzv qəbul olundu

2022-08-09

gun az article

İranda şiddətli quraqlıq xərərdarlığı

2022-08-09

gun az article

"Uşaq qatili olan rejimə dəstək verirlər"-Mirhüseyn Musəvi İran hökumətinin Suriya siyasətinə qarşı çıxdı

2022-08-09

gun az article

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

2022-08-09

gun az article

Qərbi azərbaycanlılara qaçqın statusu verilsin-Millət vəkili

2022-08-09

gun az article

Rusiya İranın “Xəyyam” peykini orbitə buraxıb

2022-08-09

gun az article

İranda bəhailərin təhsilinə imkan verilmir

2022-08-09

gun az article

ATƏT-in baş katibi: "Türkiyə Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə töhfə verir"

2022-08-09

gun az article

İranda daha bir işçi intihar etdi

2022-08-09

gun az article

Yəməndə iranlı hərbçilər həlak olub

2022-08-09

gun az article

Vyanada nüvə danışıqlarının bərpası üzrə görüş sona çatdı- AB nümayəndə heyətlərinə yekun mətni verib

2022-08-08

gun az article

Putin və Paşinyan Qarabağda vəziyyəti müzakirə edib

2022-08-08

gun az article

Azərbaycan İslam Həmrəyliyi Oyunlarına qızıl medalla başlayıb

2022-08-08

gun az article

Ermənilər Laçından belə çıxır - VİDEO

2022-08-08

gun az article

Ərəbistanda məcburi hicab qaydaları tamamilə aradan götürülür

2022-08-08

gun az article

Sülhməramlılar Ermənistanda “Zəngəzur dəhlizi”nin keçdiyi yolu nəzarətə götürdü

2022-08-08

gun az article

"İran rəsmilərinin 4 min övladı qərb ölkələrində yaşayır"-Hökumət məmuru

2022-08-08

gun az article

Tayvan ordusu hərbi təlimlərə başlayır- Ağır artilleriyadan istifadə olunacaq

2022-08-08

gun az article

“Dost da, düşmən də bilsin ki, Azərbaycan tək deyil” –Çavuşoğlu

2022-08-08