SON XƏBƏRLƏR

"İranda vətəndaş cəmiyyətinə qarşı repressiyalar artıb"- BMT ekspertləri bəyanat yaydı

2022.06.16, 05:10
"İranda vətəndaş cəmiyyətinə qarşı repressiyalar artıb"- BMT ekspertləri bəyanat yaydı

Gunaz.tv

Bəyanatda rejimin müəllimlərin, işçilərin və həmkarlar ittifaqı fəallarının hüquqlarını müdafiə edənlərin, vəkillərin, insan haqları fəallarının və başqa vətəndaş cəmiyyəti aktivlərinin qanunsuz həbsinin artmasından narahatlıq ifadə edilir.
 
Həmçinin müəllimlərin və sosial qrupların əməkhaqlarının azlığı və digər sosial tələblərlə keçirdikləri etiraz aksiyalarının İran rejimi tərəfindən qəddarlıqla yatırılması qınanıb. 
 
"İranın vətəndaş cəmiyyəti və müstəqil birliklərinin işləyə və öz qanuni fəaliyyətini davam etdirə bilməsi üçün şərait qeyri- mümkün vəziyyətə çatıb və günbəgün vəziyyət daha da pisləşməkdədir", - deyə bəyanatda vurğulanır.  

İranda insan haqları üzrə xüsusi məruzəçi Cavid Rəhman da daxil olmaqla 11 nəfərlik ekspert qrupunun bəyanatında İran hökumətinin dinc etirazçılara qarşı cavabının zorakılq olduğundan narahat olduqları qeyd ediblər.

“Biz son vaxtlar İranda müəllimlərin, əmək fəallarının və həmkarlar ittifaqı rəhbərlərinin, hüquqşünasların, hüquq müdafiəçilərinin və digər vətəndaş cəmiyyəti fəallarının əsassız həbslərinin genişlənməsindən narahatıq”-deyə, qrup üzvləri bildirib.

Cavid Rəhman və həmkarları bəyanatda bildiriblər ki, İranda etirazçılara qarşı repressiyalar İran rəsmilərinin özlərinin də etiraf etdiyi kimi ölkənin çox pis iqtisadi şəraitdə olduğu bir vaxtda həyata keçirilir.

"Hökumətin əsas vəzifəsi insan hüquqlarının müdafiəsi və təkmilləşdirilməsi, o cümlədən sanksiyaların təsirinin azaldılması üçün tədbirlər görmək, etirazlara səbəb olan amilləri aradan qaldırmağa çalışmaqdır”-deyə, BMT ekspertləri yekunda vurğulayıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar