SON XƏBƏRLƏR

Belçika Parlamentinin Xarici Əlaqələr Komissiyası İranla bağlı qalmaqallı sənədi təsdiqlədi

2022.07.06, 18:22
Belçika Parlamentinin Xarici Əlaqələr Komissiyası İranla bağlı qalmaqallı sənədi təsdiqlədi

Gunaz.tv

Parlamentin Xarici İşlər Komitəsi iyulun 5-i və 6-da  İranla bağlı qanun layihəsi ilə bağlı gərgin müzakirə keçirib.

Lehinə 10, əleyhinə 5  nəfər səs verən,  1 bitərəf qalan layihə son və yekun qərarın verilməsi üçün parlamentə göndərilib.

Yekun müzakirə və səsvermə gələn həftənin cümə axşamı günü keçiriləcək.

Çünki xarici komitədə hazırlanan bütün mətnlər və edilən müzakirələr yazılı şəkildə hazırlanaraq parlamentə təqdim edilməlidir.

Bugünkü iclasda Belçika parlamentinin xarici komitə üzvlərinin xahişi ilə senator Menendezin mövqeyi və Amerika Konqresi nümayəndələrinin məktubları müzakirə edilib.

Buna baxmayaraq, beynəlxalq hüquqşünasların və Belçika parlamentindəki müxalifət partiyalarının, başqa Avropa ölkələrinin siyasi xadimlərin və parlamentarilərin, Amerika Senatı və Konqresi üzvlərinin qanun layihəsinin parlamentdə təsdiqinin qarşısını almaq üçün ciddi müqaviməti davam edir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar