SON XƏBƏRLƏR

Zelenski Baydenə təşəkkür etdi: “Bu, tarixi addımdır”

2022.05.10, 06:02
Zelenski Baydenə təşəkkür etdi: “Bu, tarixi addımdır”

Gunaz.tv

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviter səhifəsində paylaşım edib.

“Azadlığımız və gələcəyimiz uğrunda mübarizədə Ukraynanı dəstəklədiklərinə görə Co Baydenə və ABŞ xalqına minnətdarıq. Bu gün lend-liz qanununun imzalanması tarixi addımdır”, - paylaşımda deyilir.

Qeyd edək ki, mayın 9-da ABŞ Prezidenti Co Bayden Ukrayna ilə bağlı lend-liz qanununu imzalayıb. Qanun Kiyevə hərbi yardımın göndərilməsini sadələşdirəcək. Sənəd ABŞ Prezidentinə Ukraynaya silah göndərmək, eləcə də digər məqsədlər üçün daha geniş səlahiyyətlər verəcək.

Sonuncu dəfə lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan silah və digər hərbi vasitələr ABŞ-ın müttəfiqlərinə göndərilib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar