SON XƏBƏRLƏR

Zelenski: "Müharibəni uduzsaq, hər şeyi itirəcəyik”

2023.02.20, 09:22
Zelenski: "Müharibəni uduzsaq, hər şeyi itirəcəyik”

Gunaz.tv

Dövlət başçısı qeyd edib ki, Ukrayna ərazisinə yeni hücumda olan Rusiya hərbi qüvvələri artıq əvvəlki qədər güclü olmadıqları üçün irəliləyə bilmirlər.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlardan qat-qat güclüdür.

"Əlbəttə ki, onlar daha irəli gedə bilməzlər, əvvəlki kimi güclü deyillər. İndi biz onlardan qat-qat güclüyük", - dövlət başçısı deyib.

Eyni zamanda, Zelenski vurğulayıb ki, indi Rusiya Federasiyasının yeni və ya köhnə hücumunun olmasının heç bir əhəmiyyəti yoxdur, çünki artıq kompromislər yoxdur.

"Ötən il fevralın 24-də baş verənlərdən sonra artıq güzəştlər yoxdur. Beynəlxalq hüquq, insani ola biləcək hər şey pozulub.B iz onlardan qorxmuruq. Heç kim onlardan qorxmur, amma hər şey onların planlarına uyğun getmir”, - Zelenski əlavə edib. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar