SON XƏBƏRLƏR

Zelenskinin xüsusi nümayəndəsi: “Ukrayna Azərbaycanın təcrübəsindən faydalana bilər”

2021.12.11, 11:28
Zelenskinin xüsusi nümayəndəsi: “Ukrayna Azərbaycanın təcrübəsindən faydalana bilər”

Gunaz.tv

Bunu Ukrayna Ali Radası (parlament) Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin hakim “Xalqın xidmətçisi” Partiyasının üzvü, deputat, Prezident Volodimir Zelenskinin Konstitusiya Məhkəməsində xüsusi nümayəndəsi Fedor Venislavskiy bildirib.

O deyib ki, Azərbaycanın ötən il öz tarixi torpaqlarını azad etməsi hörmətəlayiqdir: “Bu nümunə bir daha göstərir ki, müvəqqəti işğal olunmuş ərazilər gec-tez öz sahibinə qaytarılacaq.

Ukrayna xalqı bu baxımdan Azərbaycan xalqını dəstəkləyir. Azərbaycanın uzun illər boyu öz ordusunu gücləndirməsi münaqişəni minimum itkilərlə həll etməyə imkan verdi. Ukrayna gələcəkdə bu təcrübədən faydalana bilər”. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar