SON XƏBƏRLƏR

Əli bəy Hüseynzadənin qızı 101 yaşında vəfat edib

2021.10.20, 07:36
Əli bəy Hüseynzadənin qızı 101 yaşında vəfat edib

Gunaz.tv

GünAz TV: Azərbaycanın böyük mütəfəkkiri​ Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar vəfat edib.

 

O, 101 yaşında İstanbulda dünyasını dəyişib.

 

Qeyd edək ki,  F.Alpsar Azərbaycan Prezidentinin sərəncamı ilə “Dostluq” ordeni və “Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunub. 

2017-ci ildə Feyzavər xanım tərəfindən Əli bəy Hüseynzadəyə aid 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş "Həyat” qəzeti Azərbaycan hökumətinə hədiyyə olunub. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa edilib. Əsərlər hazırda Azərbaycan İstiqlal Muzeyində sərgilənir.

 

N.S

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar