SON XƏBƏRLƏR

Əli Bikəs azadlığa buraxılıb

2021.10.20, 07:36
Əli Bikəs azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: keçən il qalmaqallı prezident seçkiləri hadisələrində tutuqlanan Azərbaycanlı fəal Əli Bikəs, iki gün öncə İnqilab məhkəməsi tərəfindən bəraət qazanıb və azadlığa buraxılıb.

 

Cənab Bikəs 2009-cu il iyun ayının 14-dən (1388-ci il xordad ayının 24-u) bəri Tehranın Evin zindanında həbs olunmuşdu. O birinci məhkəməsində 7 il həbsə məhkum edilmişdi.

 

Cənab Bikəs prezidentliyi keçmiş namzəd, İran müxalifətinin əsas rəhbəri cənab Mir Hüseyn Musəvinin təbliğat qərargahının əməkdaşlarından olub.

 

Xatırladaq ki, adını çəkdiyimiz Azərbaycanlı fəal Əli Bikəs, Azərbaycan türk millətinə olan təhqir barədə Xatəmiyə yazdığı kəskin məktuba görə milli hərəkatçılar tərəfindən dəfələrlə alqışlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar