SON XƏBƏRLƏR

Əli Əkbər Salehi: “Qarşıdan gələn iki-üç həftədə 30 ədəd “İR-6” sentrifuqasının təqdimatı keçiriləcək”

2021.10.20, 07:36
Əli Əkbər Salehi: “Qarşıdan gələn iki-üç həftədə 30 ədəd “İR-6” sentrifuqasının təqdimatı keçiriləcək”

Gunaz.tv

GünazTV: İranın Atom Enerjisi Təşkilatının rəisi  Əli Əkbər Salehi, oktyabrın 7-də dövlət televiziyasına müsahibəsində ölkənin nüvə təsisatlarında daha inkişaf etdirilmiş yeni sentrifuqaların istifadəyə verilməsi üçün gedən hazırlıq işlərindən danışıb.

 

Salehi deyib ki, İranın Atom Enerjisi Təşkilatı qarşıdan gələn iki-üç həftə ərzində 30 ədəd “İR-6” sentrifuqasının təqdimatını keçirəcək: “Hazırda 3,5 faiz dərəcəsindən yuxarı zənginləşdirilmiş uran istehsalının həcmi artaraq gündə 5-6 kiloya qədər yüksəlib. Bu isə o deməkdir ki, biz artıq nüvə sazişindən əvvəlki dövrə qayıtmışıq. Bundan başqa, Ərak təsisatındakı ağır su reaktorunun ikinci hissəsi də qarşıdan gələn iki həftədə işə salınaraq fəaliyyətə başlayacaq” –deyə Əli Əkbər Salehi bəyan edib.  

 

O, həmçinin İranın nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmaq üçün atmaq istədiyi 4-cü addımın detalları ilə bağlı verilən sualı ətraflı cavablandırmaqdan imtina edib: “Bu haqda danışmaq hələ tezdir. Bu bizim məsuliyyətimiz dairəsində deyil. Lakin bu barədə alınan hər bir qərarı icra etməyə tam hazırıq” –deyə İranın Atom Enerjisi Təşkilatının rəisi  Əli Əkbər Salehi əlavə edib.

 

Qeyd edək ki, 2015-ci ildə İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında nüvə razılaşmasının şərtlərinə əsasən, rəsmi Tehran 2023-cü ilə qədər 30-dan çox “İR-6” sentrifuqalarfından istifadə etməmək və bu barədə qoyulan qadağaya riayət etmək barədə üzərinə öhdəlik götürmüşdü.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar