SON XƏBƏRLƏR

Əli Əkbər Vilayəti: “Amerika regionu tərk etməsə, yeni bir Vyetnamla üz-üzə qalmalı olacaq”

2021.10.20, 07:36
Əli Əkbər Vilayəti: “Amerika regionu tərk etməsə, yeni bir Vyetnamla üz-üzə qalmalı olacaq”

Gunaz.tv

GünazTV: İranın “dini lideri”nin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, “Sepah” terror təşkilatının “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin ölümü ilə bağlı yanvarın 6-da Tehranın “Şəhid Behişti” Universitetində keçirilmiş bir tədbirdə çıxış edərək, Amerikaya qarşı sərt bəyanatlar səsləndirib.

 

Əli Əkbər Vilayəti deyib ki, Amerikanın hərbi qüvvələri regionu tərk etməlidir: “Amerikalılar Qasım Süleymanini şəhadətə yetirməklə axmaq iş gördülər. Onlar artıq regionu tərk etməlidirlər. Təcrübə göstərib ki, amerikalılar İranın regionda həyata keçirdiyi planları və müqavimət cəbhəsi qarşısında həmişə məğlubiyyətə uğrayıblar.

 

İranın son vaxtlar Rusiya və Çinlə birgə keçirdiyi hərbi təlimlər, amerikalıların regionda etdiyi hərəkətlərinə qarşı bir addım idi. Amerikanın nadan prezidentinin boş-boğazlıqlarına baxmayaraq, İran elə rəftar edəcək ki, Amerika öz addımından peşman olsun. Amerika bölgədən çıxıb getməlidir. Amerika regionu tərk etməsə, artıq yeni bir Vyetnamla üz-üzə qalmalı olacaq” –deyə, İranın “dini lideri”nin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti vurğulayıb.

 

“Sepah” terror təşkilatının “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymani

 

Xatırladaq ki, yanvarın 3-ü gecə saat 01:20 radələrində Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani, eləcə də daha 4 “Sepah”çı,  Hüseyn Cəfəri Niya, Şəhrud Müzəffəri Niya, Hadi Tarəmi və Vəhid Zamaniyan, həmçinin “Həşdəş-Şəbi” rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və daha bir neçə terrorçu, ABŞ hava qüvvələrinin raket hücumunda məhv edilib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar