SON XƏBƏRLƏR

Əli Əkbər Vilayəti İranla Amerika arasında gizli danışıqlar aparılması iləı bağlı yayılan xəbərləri təkzib edib

2021.10.20, 07:36
Əli Əkbər Vilayəti İranla Amerika arasında gizli danışıqlar aparılması iləı bağlı yayılan xəbərləri təkzib edib

Gunaz.tv

GünazTV: İranın”dini lideri”nin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti dekabrın 24-də Rusiya Al-Yaum telekanalına müsahibəsində ölkəsinin Amerika ilə gizli danışıqlar aparılması barədə yayılan xəbərləri təkzib edib.

 

Tehranla Vaşinqton arasında pərdəarxası müzakirələr aparıldığı ilə bağlı yayılan xəbərləri “şayiə” adlandıran Vilayəti deyib ki, İrana qarşı sanksiyalar ləğv edilməyənə qədər, Tehranla Vaşinqton arasında hər hansı bir müzakirədən söz gedə bilməz: “Bizim Amerika ilə belə bir müzakirənin aparılması barədə heç bir qərarımız yoxdur. Bizim qəti qərarımız iki ölkə rəsmiləri arasında hər hansı bir görüşün olmamasıdır.

 

Hazırda İranla Amerika arasında heç bir əlaqə yoxdur. Amerikalılar birtərəfli olaraq nüvə sazişindən çıxandan sonra faktiki olaraq İranın 5+1 qrupu ilə imzaladığı razılaşmanı pozublar. Amerikanın İrana qarşı sanksiyaları yeni bir şey deyil. Biz, 40 ildir ki, Amerika sanksiyalarına məruz qalmışıq. Bu sanksiyalar bəzən azalıb, bəzən də şiddətlənib. Lakin bir şey var ki, bu sanksiyalar İran kimi böyük və güclü bir ölkəni təslim olmağa vadar edə bilməz.

 

Avropa ölkələrinin, o cümlədən də Almaniya, Fransa və Böyük Britaniyanın nüvə məsələsi barədəki mövqeyinə gəlincə, təəssüflər olsun ki, bu ölkələr Amerika siyasətinə tabedirlər. Daha doğrusu, onlar Amerikanın diktə etdiyi siyasəti izləyir, qəbul etdikləri qərarlarda müstəqil mövqedən çıxış etmirlər.

 

Hesab edirik ki, əgər Avropa regionda öz nüfuzunu gücləndirib təsirli bir rol oynamaq istəyirsə, müstəqil siyasət yürütməlidir. Əks təqdirdə,  Amerika siyasətini izləməklə, sözsüz ki, məğlubiyyətə uğrayacaq. Bir daha bildiririk ki, əgər avropalılar nüvə sazişi ilə bağlı üzərlərinə götürdükləri öhdəliklərə əməl etməsələr, o zaman bizim sazişlə bağlı öz öhdəliklərimizə əməl etməyimizə hər hansı bir əsas qalmayacaq” -deyə, İranın”dini lideri”nin beynəlxalkq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti əlavə edib.

 

Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin Yaponiyaya son səfərindən sonra Tehranla Vaşinqtonun pərdəarxasında bir sıra mövzularda gizli danışıqlar aparmağa başladığı barədə mediada müxtəlif xəbərlər yayılıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar