İran məclis başçısı Əli Laricani Amerikanın nüvə razılaşmasından tək tərəfli çəkilmə qərarının ardından 12 maddənin məntiqsiz olduğunu ifadə edib.
Amerikanın qarşıya qoyduğu şərtlərin əsla qəbul edilməyəcəyini vurğulayan Laricani bunları deyib: “Bizdən Amerikanın istəklərinə boyun əyməmizi gözləməyin. Bu 12 şərt İranı zillətə atacaq. Buna görə müqavimət göstərməkdən başqa yol yoxdur”.
Laricani Amerikanın təzyiqlərinə qarşı xalqa səbirli olmağa çağırış edib. Sanksiyalar səbəbiylə iqtisadi olaraq çətin dövr keçirdiklərini dilə gətirən Laricani, ölkədə öz-özünə çatan bir iqtisadi sistem yaradılması lazım olduğunu qeyd edib.
R.X