SON XƏBƏRLƏR

Əli Laricani: “Əhmədinejadın psixoloji problemləri var”

2021.10.20, 07:36
Əli Laricani: “Əhmədinejadın psixoloji problemləri var”

Gunaz.tv

İran parlamentinin spikeri Əli Laricani, İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın psixoloji problemləri olduğunu deyib.

 

"Aparat" kanalına müsahibə verən Laricani, Əhmədinejadla siyasi çəkişmələrinin kimdən qaynaqlandığı sualına "Özündən başladı. Çünki onun özüylə problemi var" – deyə, cavab verib. İnsanın özünü bilib bilməməsinin bu kimi vəziyyətlərdə ortaya çıxdığını dilə gətirən Laricani əlavə edib ki, "Digərləriylə olan problemləri də bundan qaynaqlanır. Allahdan qorxmayan bir adama kimsə maneə ola bilməz".

 

Əhmədinejadın, başında olduğu hökumətə ölkə lideri Əli Xamneyinin dəstək vermədiyi iddialarına bağlı Laricani qeyd edib ki, "Rəhbərin ən çox dəstəklədiyi hökumət Əhmədinejad hökuməti olmuşdur. Əhmədinejadın sözləri nankorluqdur".

 

Qeyd edək ki, mühafizəkar siyasətçi keçmiş İran prezidenti Mahmud Əhmədinejad ötən aylarda Əli Laricani ilə qardaşı Sadiq Laricanini sərt bir şəkildə tənqid etmiş və ölkənin içində olduğu problemlərdən məsul tutduğu "Laricani qardaşlarının" vəzifələrindən uzaqlaşdırılmasını istəmişdi.

 

R.X

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar