SON XƏBƏRLƏR

Əli Laricani: “İran Silahlı Qüvvələri bölgədə Amerikanın ağzını-burnunu qıracaqlar”

2021.10.20, 07:36
Əli Laricani: “İran Silahlı Qüvvələri bölgədə Amerikanın ağzını-burnunu qıracaqlar”

Gunaz.tv

GünAzTV: İran-İraq savaşının ildönümü münasibətilə sentyabrın 22-də Bəndər Abbas şəhərində keçirilən hərbi parad mərasiminə qatılan İran parlamentinin sədri Əli Laricani, hərbçilər qarşısında çıxış edərək Amerikaya qarşı sərt bəyanatlar səsləndirib.

 

Öz çıxışında Amerikanı bölgəyə qarşı “təcavüzkarlıq”da günahlandıran Laricani deyib ki, İranın hərbi qüvvələri Amerikanın bölgədə hər hansı bir təcavüzünə kəskin cavab verəcək: “İran Silahlı Qüvvələri Amerikanın istənilən təcavüzkarlığı qarşısında dayanaraq, onun “ağzını və burnunu” qırıb dağıdacaq. Çünki bu gün İran Silahlı Qüvvələri ölkəni və millətimizi qorumaq üçün hər zamankından daha güclüdür.

 

İran Silahlı Qüvvələri, amerikalıların sakit Fars körfəzini od-alov körfəzinə çevrməsinə imkan verməyəcəklər. Bizim Amerikanın regionda yürütdüyü hegemon siyasəti qarşısında qonşularımızla danışmaqdan və regin ölkələrinə dostluq mesajları göndərməkdən başqa çarəmiz yoxdur. Lakin silahlı qüvvələrimiz amerikalıların bölgədəki hər hansı bir addımına kəskin reaksiya verəcək, heç vaxt onları özbaşına buraxmayacaq.

 

Bu gün İranın elə bir silahlı gücü var ki, nəinki istənilən sərxoş quldurun qarşısında durmağa qadirdir, hətta regionda istənilən dost və qonşu ölkəyə yardım göstərməyə, onları amerika planları qarşısında qorumaq gücünə malikdir. Necə ki, Suriya və İraqda da belə rəftar edib”.

 

Sentyabrın 22-də İran ordusu ilə “Sepah”ın körfəzdə, Hörmüz boğazı yaxınlığında birgə hərbi paradı başlayıb. Bu barədə “Sepah”ın sözçüsü Ramazan Şərif jurnalistlərə açıqlama verib.

 

 

O bildirib ki, hərbi parada ordu və “Sepah”ın dəniz və hava qüvvələrinə məxsus 600 gəmi, qayıq və hərbi təyyarə qatılıb. Hərbi parada, İran silahlı qüvvələrinin, eləcə də “Sepah”ın komandanları və digər yüksək rütbəli rəsmiləri qatılıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar