SON XƏBƏRLƏR

Əli Laricani: “Suriya məsələsi militarizm yolla həll edilməyəcək”

2021.10.20, 07:36
Əli Laricani: “Suriya məsələsi militarizm yolla həll edilməyəcək”

Gunaz.tv

GünazTV: Parlamentlərarası İttifaqın (PAİ) 141-ci Assambleyasında iştirak etmək üçün Serbiyanın paytaxtı Belqrada səfər edən İran parlamentinin sədri Əli Laricani oktyabrın 13-də əlcəzayirli həmkarı Slimane Chenine ilə görüşərək bir sıra regional məsələlər barədə rəsmi Tehranın mövqeyini açıqlayıb.

 

Regionda, o cümlədən də Suriya və Yəməndə baş verən savaşa toxunan Laricani, Türkiyənin kürd terrorizminə qarşı mübarizə aparmaq üçün Suriyanın şimalına hərbi qoşun yeritməsinə eyham vuraraq, rəsmi Ankara və Ər-Riyadı regionda militarist siyasət yürütməkdə günahlandırıb: “Suriya və Yəməndə müharibə başlanmazdan əvvəl, biz mövcud problemlərin siyasi danışıqlar yolu ilə aradan qaldırılması üçün təklif irəli sürdük.

 

Lakin bəzi ölkələr savaşa təkid edərək, militarizm seçiminə üstünlük verdilər. Biz isə bir daha bildiririk ki, Suriya məsələsi militarizm yolla həll edilməyəcək” –deyə, İran parlamentinin sədri Əli Laricani bəyan edib.

 

Qeyd edək ki, Laricani Türkiyənin Suriyanın şimalına hərbi qoşun yeritməsinin ardınca, oktyabrın 9-da Ankaraya nəzərdə tutulmuş rəsmi səfərini ləğv edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar