Əli Mütəhhəri: "Görünür, ölkənin siyasi sisteminin əməllərində yanlışlıqlar olduğundan, ilahi qəzəbə düçar olmuşuq"

25.03.2020, 20:10

GünAz TV: İran Milli Məclisinin sabiq deputatı Əli Mütəhhəri bildirib ki, görünür, ölkənin siyasi sisteminin əməllərində yanlışlıq mövcud olduğuna görə, İran "ilahi qəzəbə tuş gəlib".

 

O, bu səbəbdən rejimi rəftarlarını dəyişməyə çağıraraq, belə davam edərsə, ölkənin sonunun xeyirə doğru getmədiyini deyib.

 

Deputat fevral ayının 21-də keçirilən Parlament seçkilərində seçici aktivliyinin çox aşağı olmasının səbəbinin seçiləcək adamların təyin edilməsində olduğunu deyib. O, insanların buna görə də, seçkilərə ümidini itirdiyini, gələcək seçkilərdə vəziyyətin bundan da bərbad olacağını qeyd edib.

 

Mütəhhəri mövcud vəziyyətdən çıxış yolu kimi rəsmilərdən seçki prosesinə hörmət göstərməyi və seçiləcək adamları təyin etməməyi istəyib.

 

"Mənim millət vəkili olduğum son çağırış zamanı Milli Məclisə öz vəzifələrini icra etmək, habelə ölkənin mühüm və böyük problemlərinə qarışmağa icazə vermədilər. Benzinin qiymətinin artırılmasında hər kəs bunun şahidi oldu. Ölkənin 3 Sisteminin Rəhbərlərinin İqtisadi Koordinasiya Şurası yanacağın bahalaşması ilə bağlı qərar qəbul etdi. Onu dəyişmək istəsək də, bizə icazə vermədilər. Daha sonra spikerin qarşı çıxmasına rəğmən, Daxili İşlər nazirinin Parlament qarşısında sorğu-suala çəkilməsini tələb edirdik. Bunun üçün şərait formalaşdırılsa da, sonda bildirdilər ki, yuxarılardan tapşırıq gəlib, bu iş məsləhətə uyğun olmadığına görə, ondan əl çəkin!", - deyə deputat əlavə edib.

 

Əli Mütəhhəri benzin etirazları zamanı öldürülənlərin sayının Əli Şəmxani tərəfindən onlara elan edildiyini, lakin millət vəkillərinə statistikanı açıqlamağa icazə verilmədiyini də deyib.

 

O, həmçinin 1398-ci il (21 mart 2019- 20 mart 2020) ərzində baş vermiş daşqın, zəlzələ, noyabr etirazları, Qasım Süleymaninin öldürülməsi və onun dəfn mərasimində çoxlu sayda insanın ölməsi, Ukrayna təyyarəsinin vurulması, eləcə də koronavirus ölkədə yayılması kimi halları rejimin işində problemin olduğu ilə bir daha əlaqələndirərək, bunların həmin əməllərə görə "ilahi qəzəb" olduğunu vurğulayıb.

 

"Vilayəti-fəqihin əzəməti xalqın ifadə azadlığı və tənqid hüququnun olması fonunda vəli fəqihin rəylərini seçməsidir. Lakin hazırda vilayəti-fəqihin bütə çevrilməsinə doğru gedirik", - deyə Əli Mütəhhəri fikrini tamamlayıb.

 

Ə.A

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Küveytdə neft sızması səbəbindən fövqəladə vəziyyət elan edilib

2023-03-20

gun az article

Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyada konsulluq açacaq

2023-03-20

gun az article

İranda insanlar övladlarına geyim ala bilmir"-Xudabəxş Rzayi

2023-03-20

gun az article

Qızıl mədəninə silahlı basqın: 9 nəfər öldürüldü

2023-03-20

gun az article

Bu gün Novruz bayramıdır

2023-03-20

gun az article

Avstraliya İrana qarşı əlavə sanksiyalar tətbiq edib

2023-03-20

gun az article

“Azadlıq səsi”- “Terrorçu İranın qonşuluq diplomatiyası” və “Güney Azərbaycanın strateji xətti və milli duruşu” -VİDEO

2023-03-20

gun az article

İranlı narkotacirdən onlayn yolla heroin alan Mingəçevir sakini tutulub

2023-03-20

gun az article

Rusiyanın Ukraynadakı itkilərinin sayı 165 000-i ötüb

2023-03-20

gun az article

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

2023-03-20

gun az article

Ceyhun Bayramov Brüsselə gedib

2023-03-20

gun az article

Xankəndi-Laçın yolunda ekoaksiyanın 99-cu günü: etirazçılar ruh yüksəkliyi ilə tələblərini irəli sürürlər

2023-03-20

gun az article

Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub, sərhədçimiz yaralanıb

2023-03-20

gun az article

Azərbaycan XİN xalqı Novruz bayramı münasibətilə təbrik edib-FOTO

2023-03-19

gun az article

Yaponiya Sahil Mühafizəsi: Şimali Koreya ballistik raket atıb

2023-03-19

gun az article

"Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə" - “The Travel” Azərbaycandan yazıb

2023-03-19

gun az article

Azərbaycan Prezidenti Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün şərti açıqlayıb

2023-03-18

gun az article

Dövlət başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb

2023-03-18

gun az article

İranda polisi öldürməkdə ittiham edilən şəxs edam edildi

2023-03-18

gun az article

Ermənistan səfirliyimizə hücumu pisləyən bəyannaməyə qarşı çıxdı

2023-03-18