Əli Mütəhhəri: “Təhlükəsizlik qüvvələri etirazçıların əhalinin kasıb təqəbəsindən olduğunu etiraf edirlər”

10.12.2019, 17:41

GünAz TV: İran Milli Məclisinin deputatı Əli Mütəhhəri təhlükəsizlik qüvvələrinin benzinin bahalaşmasına qarşı keçirilən aksiyalarda iştirak edənlərin əhalinin kasıb təbəqəsindən olan insanlar olduğunu etiraf etdiklərini deyib.

 

O, bu gün Parlamentdə etdiyi çıxışda benzinin qiymətinin artırılmasını tənqid edib və bu məsələyə görə Daxili İşlər nazirinin Milli Məclisdə sorğu-sual olunmasını istəyib.

 

Mütəhhərini benzinin qiymətinin bahalaşdırılmasına diqqət çəkərək, bu qərarı qəbul edən 3 Sistemin Rəhbərlərinin Koordinasiya Şurasının “xalqın nəbzini tuta bilmədiyinə” görə buraxılmasını tələb edib.

 

Sözügedən Şura ötən ilin may ayında “dini lider” Əli Xamneyinin göstərişi ilə yaradılıb və iranlı rəsmilər onu “sanksiyalar qarşısında iqtisadi müharibə palatası” adlandırırlar.

 

Mütəhhəri həmçinin Parlamentin İranın siyasi arenasındakı rolunun zəiflədilməsini də tənqid edib, bunun “xarici dövlətlərin ölkəyə sızmasını artıracağı”nı və “daxildə despotizmi gücləndirəcəyi”ni iddia edib. Deputat sonda Milli Məclisin Ali Məsləhət Şurası və 3 Sistemin Rəhbərlərinin Koordinasiya Şurası tərəfindən zəiflədilməsinə etiraz olaraq, Xamneyiyə məktub ünvanladığını bildirib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Zənganda etiraz aksiyası keçirilib

2022-07-05

gun az article

"Urmu gölünün qurumasına seyrçi qalmayacağıq"- Qərbi azərbaycanlı fəallardan xəbərdarlıq

2022-07-05

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxma halları artıb

2022-07-04

gun az article

Horandda tarixi əsər qaçaqmalçıları saxlanılıb

2022-07-04

gun az article

Fars şovinistləri Azərbaycan Mis Şirkətinin yaradılmasına qarşı çıxır

2022-07-04

gun az article

Mərənddə ağır yol qəzası baş verib

2022-07-04

gun az article

"9-10 yaşlı qızların ərə verilməsi problemə çevrilib"-Qəzvin Təhsil İdarəsinin rəsmisi

2022-07-04

gun az article

İrandan beyin axını davam edir: "Universitet müəllimləri ölkədən qaçır"-Millət vəkili

2022-07-04

gun az article

Təbrizdə qədim küçə adı bərpa olundu

2022-07-04

gun az article

Zənganda tibb bacıları etiraz aksiyası keçirib

2022-07-04

gun az article

Təbriz məhkəməsi "Xaqan" adına kimlik verilməsini qanunsuz adlandırıb

2022-07-03

gun az article

Tikantəpədə tarixi abidə məhv olmaq üzrədir-FOTO

2022-07-02

gun az article

Ərdəbildə Babək qurultayı ilə bağlı aksiya keçirilib

2022-07-02

gun az article

Güneydə çəkilmiş türkçə "Dilmanc" filmi Amerikanın “Klermont” film festivalına qatılıb

2022-07-02

gun az article

Milli-mədəni fəal Abdullah Səduqi həbs cəzasına məhkum edilib

2022-07-02

gun az article

Həmədanda 60 heyvan və bitki növünün nəsli kəsilmək üzrədir

2022-07-02

gun az article

Şərqi Azərbaycanda 16 nəfər dəm qazından zəhərlənərək ölüb

2022-07-02

gun az article

“Körpü” proqramında müzakirə: “Güney Azərbaycan Milli Hərəkatı və məsələlər”-VİDEO

2022-07-02

gun az article

43 il həbsə məhkum edilən ərdəbilli məhbusun durumu ağırlaşıb

2022-07-02

gun az article

Bəzz qalasında milli mərasimlər keçirilir-VİDEO

2022-07-01