SON XƏBƏRLƏR

Əli Qətrani: “Liviyada yaraqlıları İran silahlandırır”

2021.10.20, 07:36
Əli Qətrani: “Liviyada yaraqlıları İran silahlandırır”

Gunaz.tv

GünAz TV: Liviya Dövlət Başçılığı Şurasının rəhbərinin istefa vermiş müavini Əli Qətrani bildirib ki, Milli Həmrəylik hökumətini dəstəkləyən silahlı qruplaşmalar silah əldə etmək məqsədi ilə Tehrana səfər ediblər.

 

Əli Qətrani səfərin nə vaxt baş tutduğu və qruplaşmaların Tehranda hansı rəsmilərlə görüşdüyünün detallarını açıqlamasa da, bununla bağlı ona etibarlı mənbələrdən məlumatların daxil olduğunu deyib.

 

Qeyd etmək lazımdır ki, aprelin 4-də Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar Tripoliyə hücum əməliyyatının başladığını elan edib. Paytaxta nəzarət edən Milli Həmrəylik Hökumətinin rəhbəri Faiz Saracın əmri ilə ona tabe olan bütün hərbi birləşmələr tam döyüş hazırlığı səviyyəsinə gətirib. Hazırda paytaxtın yaxınlığında qızğın döyüşlər gedir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar