Əli Şəmxani: “Əsəluyə neft təsisatına qarşı planlaşdırılmış hücum zərərsizləşdirilib”

25.11.2019, 13:24

GünAz TV: İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Şəmxani ölkənin təhlükəsizlik qüvvələrinin Əsəluyə neft təsisatına qarşı “planlaşdırılmış hücum”un zərərsizləşdirildiyini bəyan edib.

 

O, bu hücumun kim tərəfindən planlaşdırıldığı və qarşısının nə vaxt alındığını açıqlamayıb.

 

“Düşmən Əsəluyəyə hücum etməklə, Yəmən Ənsərullahının Səudiyyə Ərəbistanının neft təsisatına qarşı həyata keçirdiyi hücumun əvəzini çıxmaq istəyirdi”, - deyə Şəmxani əlavə edib.

 

Əli Şəmxaninin işarə etdiyi hadisə sentyabrın 14-də husilərin Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı həyata keçirdiyi raket hücumudur. Rəsmi Ər-Riyad Tehranın hücumda əli olduğunu bildirir.

 

Amerika Birləşmiş Ştatlarının rəsmiləri isə hücumun 10 qanadlı raket və 20-dən artıq pilotsuz uçan aparatdan istifadə edilməklə, İran ərazisindən həyata keçirildiyini bəyan edir.

 

Əli Şəmxani iddia etdiyi hücum planının icra tarixinin etirazlar zamanı olub- olmaması ilə bağlı heç bir açıqlama verməyib. Lakin noyabrın 21-də İran hökumətinin sözçüsü Əli Rəbii bir qrup etirazçı insanın Əsəluyə neft təsisatına hücum etdiyini bildirmişdi.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İran Amerika ilə məhbusların mübadiləsini dərhal yerinə yetirməyə hazır olduğunu deyir

2022-08-17

gun az article

DSX-nın bir qrup hərbi qulluqçusu təltif edilib

2022-08-17

gun az article

“Ermənilərin Laçında törətdiyi ekoloji terror bəşəri cinayətdir”-Elman Cəfərli

2022-08-17

gun az article

Zelenskinin ofisi: "Krım körpüsü məhv edilməlidir"

2022-08-17

gun az article

İranda 4824 nəfər koronavirusa yoluxub- 67 nəfər ölüb

2022-08-17

gun az article

Dövlət Komitəsi: "Laçın şəhərinə qayıdışa hazırlıq başlanacaq"

2022-08-17

gun az article

QHT-lər ermənilərin Laçında ekoloji terror törətməsi ilə beynəlxalq təşkilatlara müraciət edib

2022-08-17

gun az article

Diaspor üzvlərinin Şuşaya altıncı səfəri başlayıb

2022-08-17

gun az article

İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin abidəsinin açılışında iştirak ediblər

2022-08-17

gun az article

İran səfiri yenidən İsrail diplomatını hədələdi

2022-08-17

gun az article

İran parlamentində nüvə danışıqları ilə bağlı qapalı iclas keçirilir

2022-08-17

gun az article

İran məhkəməsi məhkumun gözünün çıxarılması barədə qərar verib

2022-08-17

gun az article

Amerika və İsrailin müdafiə nazirləri İranı müzakirə edib

2022-08-17

gun az article

"Gənclərin yarısı İranı tərk etmək istəyir"- "Stasis" sorğunun nəticələrini açıqladı

2022-08-17

gun az article

Ned Prays: "Ümid edirik ki, bu, nüvə danışıqlarının son mərhələsidir"

2022-08-17

gun az article

İran əhalisinin 30 faizdən çoxunun mənzili yoxdur

2022-08-17

gun az article

"Çin və Rusiyanın İranla əməkdaşlığı region üçün çox önəmlidir"-Vilayəti

2022-08-17

gun az article

Şiddətli istilərdən sonra Parisə sel gəldi - Küçələr su altında qaldı

2022-08-17

gun az article

İranda meymun çiçəyinə yoluxma faktı qeydə alınıb

2022-08-17

gun az article

Bayden ABŞ-da inflyasiya ilə mübarizə üçün 430 milyard dollar ayırıb

2022-08-17