SON XƏBƏRLƏR

Əli Şəmxani İraqa 2 milyon tibbi maska hədiyyə edib

2021.10.20, 07:36
Əli Şəmxani İraqa 2 milyon tibbi maska hədiyyə edib

Gunaz.tv

GünAz TV: İraq Dövlət Televiziyası "Həşdəş-Şəbi" mənbələrinə istinadən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin bu ölkəyə 2 milyon tibbi maska hədiyyə etdiyi barədə məlumat yayıb.

 

Xəbər bir dəfə yayınlanandan sonra İraq televiziyasına məxsus bütün veb sayt və sosial şəbəkə hesablarından silinib.

 

Şəmxaninin bu addımı İran daxilində istər vətəndaşların, istərsə də bəzi deputatların narazılığı ilə qarşılanıb.

 

Hətta Milli Məclisin Rəştdən seçilmiş deputatı Qulaməli Cəfərzadə ona birbaşa etdiyi xitabda bu addımı kəskin tənqid edib:

 

"Cənab Şəmxani, siz İran Ali Milli Təhlükəsizlik Şurasının katibisiniz, buna görə də İranın dadına yetişin. Gilan koronavirus səbəbindən fövqəladə vəziyyətdən də pis durumdadır. Əyalətdə xəstələri yatırmaq üçün xəstəxanalarda yer yoxdur, tibbi personal çatışmazlığı var, tibbi maska, qoruyucu geyim və dərman isə ümumiyyətlə tapılmır. Belə olduğu halda, sən Allah, İran və iranlıları düşün", - deyə deputat qeyd edib.

 

Xatırladaq ki, İranın bir çox bölgələri hazırda ciddi dərman və tibbi maska çatışmazlığı böhranı ilə üz-üzədir. Bu fakt bir daha göstərir ki, iranlı rəsmilər ən çətin günlərdə belə öz vətəndaşları əvəzinə, yaraqlı dəstələrinin üzvlərini düşünür.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar