SON XƏBƏRLƏR

Əli Xamneyi : humanitar elmlər islam etiqadına ziyan vuracaq

2021.10.20, 07:36
Əli Xamneyi : humanitar elmlər islam etiqadına ziyan vuracaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ayətüllah Əli Xamneyi Avqustun 30-da universitet rəhbərləri, rektorlar və ali təhsil ocaqlarının bir qrup müəllimi ilə görüşüb. O ölkədə 2 milyon tələbənin humanitar elmlər sahəsində təhsil almasını kəskin tənqid edib. Dini rəhbər bunun tələbələrin islam etiqadına ziyan vuracağını söyləyib. Xamneyi deyib: “Bu məsələ narahatlığa səbəb olur. Universitetlərdə humanitar elmlərin tədris olunması dini etiqad və inam əsaslarını şübhə altına alaraq şəkk və tərəddüdün yayılmasına gətirib çıxaracaq”. Xamneyi humanitar elmlərin Qərb fəlsəfələrinə söykəndiyini bildirib: “Humanitar elmlərin əksər sahələri Qərbin materialist fəlsəfələri üzərində qurulub. Bunlar islam etiqad və əqidəsinə ziddir. Bu fəlsəfələr Allah və islam təlimlərinə qarşı inamsızlığa səbəb olur”. Dini rəhbər həmçinin prezident Mahmud Əhmədinejaddan və İran parlamentindən məsələnin həlli üçün ciddi tədbir görmələrini və universitetlərin sürətlə islamlaşdırılması üçün səy göstərmələrini tələb edib. Həmçnin Ayətüllah Xameneyi tələbələri möminliyə və daha çox dindarlığa çağırıb. O qeyd edib ki məhz bu yolla onların əməl, rəftar və fikirləri təhriflərdən qoruna bilər və toplum onlardan daha çox faydalana bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar