Əli Xeyrcu Ərdəbilin təhlükəsizlik idarəsinə çağrılıb

2021-02-27 09:59

Güneyli milli-mədəni fəal Əli Xeyrcu özünün “instagram” hesabında etdiyi paylaşımda Ərdəbil Ümumi və İnqilab Məhkəməsinin 10-cu istintaq şöbəsi tərəfindən bildiriş aldığını bildirib.

Gunaz.tv Quote | Gunaz article

Bildirişdə Ə.Xeyrcunun 5 gün içində izahat vermək üçün vəkillə bərabər Ərdəbilin təhlükəsizlik idarəsinə müraciə etməsi istənilib.

 

Nadir hallarda görünən bu hadisə, Ərdəbil Apellyasiya Məhkəməsinin ilkin məhkəmənin Əli Xeyrcuya qarşı çıxardığı qərarına “kifayət qədər hüquqi əsasları olmadığı” barədə rəy verdiyi, milıli-mədəni fəalın istintaq nümayəndəsinin qanunsuz və telefon vasitəsilə çağırışlarına əməl etmədiyi bir vaxtda baş verib.

 

Ötən ilin dekabr ayında Ərdəbilin ikinci Cinayət Məhkəməsinin 110-cu şöbəsi, təhlükəsizlik məmurları tərəfindən öz evlərində tutuqlanan Əli xeyrcu və Meysəm Colanini “hay-küy və qarışıqlıq salmaqla ictimai asayişi pozmaq” ittihamı ilə hər birini 4 ay həbs və 20 qamçı cəzasına məhküm etmişdi.

 

Hər iki türk fəalın həbsindən sonra onlara qarşı daha iki ittiham irəli sürülmüş və baxılması üçün İnqilab Məhkəməsinə göndərilmişdi.

 

Xatırladaq ki, hər iki fəal Güney Azərbaycan şəhərlərində İran hökumətinin Ermənistanın Qarabağda işğalçılıq siyasətinə qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs olunmuşdular.

 

Sosial şəbəkələrdə yayımlanan video və fotoşəkillərdə görünür ki, təhlükəsizlik qüvvələri Əli Xeyrcunu həbs etmək üçün heç bir məhkəmə qərarı olmadan onun evinin divarından aşıb mənzilə basqın edərək, milli fəalı və onun ailə üzvlərini döyür və təhqir edirlər.

 

Qeyd edək ki, Qarabağın azad edilməsi uğrunda aparılan əməliyyatlar zamanı İran hökumətinin Ermənistana dəstək verməsi Güney Azərbaycanda etirazlarla qarşılandı. Etiraz aksiyalarında iştirak edən yüzlərlə güneyli tutuldu, döyüldü və həbs edildi. Həbs olunanların bir çoxunun məhkəmə prosesi bu gündə davam etməkdədir.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV April.13.2021-Özümüz: Əski Uyqarlıqların Dili

2021-04-14

gun az article

GünazTV April.13.2021-GÜNDƏM MASASI:İranda səsiz “seçki” gedişi

2021-04-14

gun az article

İran televiziyasının "Traxtur" qərəzi: Asiya Çempionlar Liqasında yarışan klubun oyunlarını yayınlamaq istəmir

2021-04-13

gun az article

İran səfiri Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

2021-04-13

gun az article

İranın dövlət televiziyasında Azərbaycan adına QADAĞA

2021-04-13

gun az article

Urmu gölü ilə bağlı həyəcan təbili: Gölün Bərpa Mərkəzinin məsulu İranın Enerji Nazirliyini sərt tənqid etdi

2021-04-13

gun az article

Milli fəal Zeynal Tənhayi 5 milyon rial cərimə ödəməyə məhkum edilib

2021-04-13

gun az article

Bakıda “Təbriz prospekti”, “Həmədan meydanı”, “Ərdəbil  küçəsi”...- “Bütövlük düşüncəsini yaşatmalıyıq”

2021-04-13

gun az article

"Evin"də saxlanılan siyasi məhbuslar bəyanat yaydı: "Dustaqların həyatı təhlükə qarşısındadır"

2021-04-13

gun az article

Milli fəal Səccad Şəhiri həbsxanadan qısa müddətli məzuniyyətə buraxıldı

2021-04-13

gun az article

Ərdəbildə siyasi məhbus Əlirza Fərşiyə dəstək aksiyası keçirilib-FOTOLAR

2021-04-13

gun az article

GünazTV April.12.2021: PARLAQ GƏLƏCƏK: İqtidardan Danışan İran Rejimi, Öz Nüvə Mərkəzlərini Qoruya Bilmir!, Güney Azərbaycan’da İqtisadi-Siyasi Basğı Davam Edir

2021-04-13

gun az article

Təbrizdə güclü yanğın:13 fəhlə xilas edildi

2021-04-12

gun az article

Təbrizdə milli fəal ETTELAAT məmurları tərəfindən təzyiqlərə məruz qalıb

2021-04-12

gun az article

Təbrizdə dərman qıtlığı:Diabet xəstələri insulin tapa bilmir

2021-04-12

gun az article

"Evin"də saxlanılan siyasi məhbus Həmid Mənafi tibb məntəqəsinə yerləşdirildi-SON DƏQİQƏ

2021-04-12

gun az article

Güney Azərbaycan şəhərlərini etiraz aksiyaları bürüdü: Boykot və istefa şüarları səsləndi-VİDEOLAR+FOTO

2021-04-12

gun az article

"Həbsxanaların qapılarını açın": Sosial şəbəkələrdə güneyli siyasi məhbuslara dəstək aksiyası keçirilir

2021-04-12

gun az article

Ərdəbil həbsxanasında siyasi məhbus Yusif Kariyə işgəncə verilib

2021-04-11

gun az article

Ərdəbildə Əlirza Fərşiyə dəstək: Şəhər divarlarına siyasi məhbusun şəkilləri vuruldu-FOTOLAR

2021-04-11