Əlirza Rəisi: “Əgər kimsə tez vaksin vurdurmaq istəyirsə xarici ölkələrə getsin”

2021-05-01 13:22

İranda Koronavirusla Mübarizə Milli Qərargahın sözçüsü Əlirza Rəisi aprelin 30-da ölkədə vaksinasiya prioritetində hər hansı bir dəyişiklik edilməsini və qara bazarda vaksinlərin satışı ilə bağlı yayılan xəbərləri rədd edərək, təcili peyvənd olunmaq istəyənlərə qəribə bir tövsiyə edib.

Gunaz.tv Quote | Gunaz article

Hökumət qurumlarında, o cümlədən də şəhər icra hakimiyyətlərində qanunu pozaraq özlərinə və ailə üzvlərinə növbədənkənar vaksin vurduran bəzi müdirləri tənqid edən Əlirza Rəisi deyib ki, təcili peyvənd olunmaq istəyən vətəndaşlar xarici ölkələrə səfər etməlidir.


“Ölkədə əgər kimsə tez vaksin vurdurmaq istəyirsə xarici ölkələrə getməlidir. Vəzifəsindən sui-istifadə edərək növbədənkənar vaksin vurduran hökumət qurumlarının rəsmilərinə gəlincə, yalnız onu deyə bilərəm ki, oğru oğrudur. İstər bu şəxs hansısa bir qurumun rəhbəri və ya məsul şəxsi olsun, istərsə də şəhər icra hakimiyyətinin başçısı olsun fərqi yoxdur. 


Belə şəxslər harda çalışsalar da, oğurluq edir, rüşvət alıb-verirlər. Hesab edirəm ki, bu kimi şəxsləri vəzifəyə təyin edənlərin özləri tutduğu vəzifələrdən uzaqlaşdırılmalıdır”, -deyə İranda Koronavirusla Mübarizə Milli Qərargahın sözçüsü Əlirza Rəisi bildirib. 


Qeyd edək ki, bir sıra qonşu ölkələrlə müqayisə də 84 milyona yaxın əhalisi olan İran İslam Respublikasında koronavirusdan ölənlərin gündəlik sayının kəskin artmasına baxmayaraq, İran hökuməti ölkə vətəndaşlarının vaksinasiya işini çox ləng aparır, naməlum səbəblərə görə bu işi gecikdirir. Bu isə rəsmi statistikaya görə İranda hər gün 400-dən çox insanın ölümü ilə nəticələnir.


İran Səhiyyə Nazirliyinin açıqlamasına görə, aprelin 30-a qədər İranda yalnız 1 milyon 68 min 123 nəfərə “Covid-19” əleyhinə peyvənd vurulub.

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15

gun az article

"Qafqazın tarixi yenidən yazılır"-Prezidentin sözçüsü

2021-06-15