SON XƏBƏRLƏR

Əlirza Şeyx Əttarın məntiqdənkanar təklifi

2021.10.20, 07:36
Əlirza Şeyx Əttarın məntiqdənkanar təklifi

Gunaz.tv
Əlirza Şeyx Əttarın məntiqdənkanar təklifi shusha03.jpg "Şuşanın işğalı zamanı İranın riyakar mövqeyi ortaya çıxdı" İranın xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttar rəsmi Tehranın Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq niyyətini ortaya qoyub. İranın əvvələr vasitəçi olduğun xatırladan Şeyx Əttar kənar qüvvələrin təsiri nəticəsində ölkəsinin prosesdən uzaqlaşdırılmasına təəssüflənib. Mütəxəsislərin fikrincə, 1992-ci il may ayının 8-də Şuşanın işğalında adı hallandırılan İranın vasitəçilik niyyətinə düşməsi etirazla qarşılanır. İran bu gün Azərbaycan Respublikasını zaman-zaman hədələyir, Ermənistanla hərbi, iqtisadi və siyasi əlaqələri gücləndirir, Güney Azərbayanda yaşayan 30 milyondan çox soydaşlarımzın hüquqlarını tapdalayır. Tural Politoloq Qabil Hüseynli İranın Qarabağ münaqişəsində vasitəçiliyinin uğursuzluğunu xatırlatdı: "İranın birinci vasitəçilik səyləri Yaqub Məmmədovun prezident səlahiyyətlərini icra etdiyi vaxtlara düşür. Bu cəhdlər də 1992-ci ilin mayın 8-i və 9- da Tehranda keçirilən görüşlərlə yadda qaldı. O zaman həm Ermənistan prezidenti Levon Ter- Petrosyan, həm də Yaqub Məmmədov Tehranda görüşlər keçirdilər, guya Dağlığ Qarabağ məsələsinin çözülməsində İran da vasitəçilik edirdi. Rusiyanın qoşun hissələrilə birgə erməni dəstələri Şuşanı işğal etdi. Şuşanın işğalı zamanı İranın riyakar mövqeyi ortaya çıxdı. O vaxtdan rəsmi Bakı İranın vasitəçiliyindən imtina etdi. İşğal zamanı İran-Rusiya əlaqələrinin Azərbaycana qarşı çevrildiyini istisna etmirəm. Həmin vaxtlar da Yaqub Məmmədov Tehran görüşlərini yarımçıq qoyub təcili Bakıya döndü". Ekspert vasitəçilik missiyasını öz üzərinə götürməyə hazır olduğunu bəyanlayan İranın daxilində ciddi siyasi böhranların yaşandığını söylədi: "İranın özü dünya üçün ciddi problem olaraq qalır. Bu ölkənin beynəlxalq ictimaiyyətlə ziddiyyətlərini yoluna qoymaq üçün vasitəçiyə ehtiyacı var. Hətta rəsmi Tehran bu barədə müəyyən dairələrdən xahişlər də edir. Ona görə də İran öz dərdinə qalsa, daha yaxşı olar. Bölgənin super gücü İran yox, Türkiyədir. Hazırda real vasitəçi kimi Türkiyə görünür. İran hansı arqumentlərlə vasitəçilik missiyasına qoşula bilər? İran özünü məqbul bir dövlət kimi qəbul etdirə bilməz. Çünki Qarabağ münaqişəsi beynəlmiləlləşib". Ekspert Ermənistanın İranın isti münasibətlərinə baxmayaraq, bu təklifdən yararlanacağını da real saymadı: "Tutaq ki, Ermənistan bəyanladı ki, İran vasitəçi olmalıdır. Amma bu mövqeni beynəlxalq təşkilatlar qəbul etməyəcək. İran xarici işlər naziri müavinin bu təklifi məntiqdən kənardır və reallığı əks etdirmir". www.xalqcebhesi.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar