SON XƏBƏRLƏR

Əlirza Zali: "Koronavirusun nəzarət altına alınması və ya səngiməsi ilə bağlı deyilənlər yanlışdır"

2021.10.20, 07:36
Əlirza Zali: "Koronavirusun nəzarət altına alınması və ya səngiməsi ilə bağlı deyilənlər yanlışdır"

Gunaz.tv

GünAz TV: Tehranın Koronavirusla Mübarizə üzrə Qərargahının sədri Əlirza Zali bildirib ki, koronavirusun İranda kökünün kəsilməsi ilə bağlı təsəvvürlər doğru deyil.

 

O, bəzi rəsmilərin ölkədə koronavirusun nəzarət altına alınması və ya səngiməsi ilə bağlı dediklərini xalqa çatdırılan yanlış mesaj adlandıraraq, bəzi şəhərlərdə infeksiyaya yoluxanların sayının azalmasının ümumi olaraq ölkədə xəstəliyin qarşısının alınması anlamına gəlmədiyini deyib.

 

Rəsmi insanların əyalətlər arasında gediş-gəlişinin və ya turistik səfərlərinin yenidən artdığından narahat olduğunu, bunun isə infeksiyaya yoluxma hallarına daha da rəvac verəcəyini qeyd edib.

 

Tehranda koronavirusa yeni yoluxanlardan 313 nəfərinin adi palatalarda, 86 nəfərinin isə intensiv terapiya şöbələrində yerləşdirilməsinə diqqət çəkən Əlirza Zali vətəndaşları tövsiyə edilən gigiyenik qaydalara maksimum riayət etməyə çağırıb.

 

Rəsmi sonda digər məsulların dediklərinin əksinə olaraq, paytaxtda infeksiyaya yoluxma hallarının azaldığını deyil, əksinə orta sürətlə yüksəldiyini vurğulayıb.

 

Qeyd etmək lazımdır ki, İran hökuməti bir neçə gün öncə iqtisadi səbəblərə görə koronavirusla bağlı qəbul edilmiş bir çox məhdudiyyətləri aradan qaldırıb. Bundan sonra rejim rəsmilərinin əksəriyyəti koronavirusa yoluxma və ya infeksiyadan ölmə hallarının azaldığı fikrini xalqa təlqin etməyə çalışırlar.

 

Ə.A

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar