SON XƏBƏRLƏR

Elmar Məmmədyarov Con Boltonun Bakıya səfərini şərh edib

2021.10.20, 07:36
Elmar Məmmədyarov Con Boltonun Bakıya səfərini şərh edib

Gunaz.tv

GünAz TV: Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Bakıya səfərini şərh edib.

Nazir jurnalistlərə açıqlamasında deyib ki, o, C.Boltondan Ermənistanın yeni rəhbərlərinə Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazır olub-olmadıqları barədə sual verməyi xahiş edib:

"Cənab Boltondan xahiş etdim ki, Ermənistanın yeni rəhbərlərinə Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazır olub-olmadıqları barədə sual versin. Ümumilikdə onlar nə istəyirlər? Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaratmağa, qonşuluq əlaqələri qurmağa hazırdırlarmı? Təbii ki, Ermənistan rəhbərliyi Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmasa, onda onun müstəqilliyi böyük sual altına düşür. Bu birmənalıdır". Trend

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar