SON XƏBƏRLƏR

Elmar Məmmədyarov: “Ermənistanın yeni rəhbərliyinin mövqeyində bəzi yeni məqamlar var”

2021.10.20, 07:36
Elmar Məmmədyarov: “Ermənistanın yeni rəhbərliyinin mövqeyində bəzi yeni məqamlar var”

Gunaz.tv
“NALBƏNDYANA DEDİM Kİ, TORPAQLARI GÖTÜRÜB QAÇA BİLMƏZSİNİZ” Elmar Məmmədyarov: “Ermənistanın yeni rəhbərliyinin mövqeyində bəzi yeni məqamlar var” 1053.jpg “Prezidentlərin tanışlıq xarakteri daşıyan Sankt-Peterburq görüşündə danışıqların davam etdirilməsi barədə razılığa gəlinib. Bunun üçün gərək həmsədrlər regiona səfər edib, hər iki ölkədə yenidən görüşlər keçirsinlər. Onlar tərəflərin mövqelərini mövcud təkliflər əsasında uzlaşdırmalıdırlar”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O, Sankt-Peterburqda prezidentlərin görüşündən əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində 40-45 dəqiqəlik görüşün keçirildiyini qeyd edib. Tərəflərin mövqelərini uzlaşdırmaq üçün həmsədrlərə vaxt lazım olduğunu söyləyən nazir Ermənistanın rəhbərliyinin mövqeyində bəzi yeni məqamların olduğunu diqqətə çatdırıb: “Ermənistanın yeni rəhbərliyinin mövqeyi əvvəlki mövqedən ciddi fərqlənməsə də, yeni nüanslar var. Əlbəttə ki, biz ”Madrid təklifləri" üzərində işləyirik. Lakin bu təkliflərdə razılaşdırılmamış bəzi məqamlar var. Həmin məqamlar prinsipial xarakter daşıyır. Bəzi məqamlar da var ki, həmsədrlər Ermənistan tərəfi ilə müzakirə edib, onların mövqelərini uzlaşdırıb-uzlaşdırmayacağını gözləyirik. Bunun üçün isə bir az vaxt lazımdır". E. Məmmədyarovun fikrincə, hazırkı vəziyyət ömürlük davam edə bilməz, münaqişənin həlli üçünsə vaxt lazımdır: “Azərbaycan münaqişənin tezliklə həllini istəyir. Ermənistanlı həmkarıma həmişə deyirəm ki, bu torpağı götürüb qaça bilməzsiniz, istər-istəməz qonşuluq siyasəti aparmalısınız, bu sizin də milli maraqlarınıza uyğundur. İnanmaq istəyirəm ki, bunu Ermənistanda nə qədər tez başa düşsələr, sülh və sabitlik o qədər tez mümkün olar. Bu münaqişə Ermənistanın milli maraqlarına heç cür uyğun deyil”. E. Məmmədyarov Azərbaycanın münaqişənin həlli üçün ata biləcəyi kompromis addımları da açıqlayıb: “Azərbaycanın kompromisi odur ki, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. İkincisi, Dağlıq Qarabağın statusu haqqında müzakirələr aparmağa razıyıq. Status məsələsi ciddi dialoq mərhələsinə çatanda, müzakirə olunacaq. Ancaq biz Dağlıq Qarabağın statusunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşməsinin tərəfdarıyıq. O baxımdan biz danışıqları davam etdirməyə hazırıq. Ermənistan tərəfinə dəfələrlə bildirmişəm ki, dünyada mövcud olan bütün muxtariyyət modellərinin üzərində işləyək. İstəyirsiniz, Tatarıstan modelini götürək. Münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunları Qarabağdan çıxmalı, məcburi köçkünlər yurd-yuvalarına qayıtmalı, stabillik yaranmalı, iqtisadı inkişaf olmalı, kommunikasiya bərpa edilməlidir. Yalnız bundan sonra status məsələsini müzakirə edə bilərik”. Danışıqlar prosesinin Minsk Qrupu çərçivəsində davam etdirilməli olduğunu deyən nazir beynəlxalq ictimaiyyətin də münaqişəni daim diqqətində saxlamasının vacibliyini qeyd edib: “Buna görə də Azərbaycan Dağlıq Qarabağla bağlı məsələni BMT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər qurumlarda hər zaman qaldırır və qaldıracaq. Biz razı ola bilmərik ki, bu məsələ hansısa gizli danışıqlarda müzakirə olunsun. Beynəlxalq ictimaiyyət də gedən prosesdən xəbərdar olmalıdır. Danışıqlarda güclü irəliləyiş olsa, hansısa formata keçmək olar”. Dağlıq Qarabağda yaşayan ermənilərin də Azərbaycan vətəndaşları olduqlarını qeyd edən E. Məmmədyarov Azərbaycanda gedən inkişafdan işğal olmuş torpaqlara, o cümlədən Dağlıq Qarabağa da pay düşməsini istədiyini vurğulayıb: “Orada yaşayan ermənilər də Azərbaycan vətəndaşı kimi ölkədə gedən iqtisadi inkişafdan bəhrələnə bilərlər”. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar