SON XƏBƏRLƏR

"Demarkasiya və delimitasiya üzrə komissiya yarada bilər" - Paşinyan

2021.11.23, 23:04
"Demarkasiya və delimitasiya üzrə komissiya yarada bilər" - Paşinyan

Gunaz.tv

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Suallardan belə başa düşdüm ki, sərhədlərin demarkasiya və delimitasiyasının nəticələrinə dair sənədin imzalanması təəssüratı yaranıb. 

Əsla belə deyil. Ermənistan və Azərbaycanın imzalaya biləcəyi potensial sənəd sərhədlərin demarkasiya və delimitasiyası üzrə komissiya yaratmaq haqqında ola bilər”, - deyə Baş nazir qeyd edib.

Paşinyan həmçinin bildirib ki, Ermənistan və Azərbaycan müdafiə nazirləri səviyyəsində birbaşa operativ əlaqə yaradıblar.

“Avropa İttifaqının nümayəndələri ilə görüşdə daha bir təşəbbüs ortaya atıldı. Söhbət 2 ölkənin müdafiə nazirləri arasında birbaşa rabitənin yaradılmasından gedir. Məqsəd insidentlərin qarşısını almaqdır”, - deyə Paşinyan əlavə edib.

“Deyə bilərəm ki, artıq əlaqə yaranıb. Mən bunu yüksək qiymətləndirirəm. Bu çox vacibdir”, - deyə Ermənistanın Baş naziri vurğulayıb.  (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar