SON XƏBƏRLƏR

Əmir Hatəmi Netanyahunun İranın neft qaçaqmalçılığının qarşısını alacaqları ilə bağlı təhdidlərinə münasibət bildirib

2021.10.20, 07:36
Əmir Hatəmi Netanyahunun İranın neft qaçaqmalçılığının qarşısını alacaqları ilə bağlı təhdidlərinə münasibət bildirib

Gunaz.tv

GünAz TV: İranın müdafiə naziri Əmir Hatəmi Netanyahunun bir neçə gün əvvəl səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

Bir neçə gün öncə İsrailin baş naziri Benyamin Netanyahu İranın dəniz daşımaları vasitəsi ilə neft qaçaqmalçılığı ilə məşğul olduğunu demişdi. O, həmçinin ölkəsinin bununla mübarizə aparacağını əlavə etmişdi.

 

Əmir Hatəmi bu fikirlərə verdiyi reaksiyasında bildirib ki, “İran Hərbi Dəniz Qüvvələrinin İsrailin hər hansı bir addım atacağı təqdirdə cavab tədbirləri görmək üçün kifayət qədər qüdrəti var”. O iddia edib ki, “beynəlxalq ictimaiyyət İsrailin atacağı addımları qəbul etməyəcək”.

 

İranın müdafiə naziri daha sonra ölkəsinin hərbi dəniz arsenalında mövcud olan gəmilərdən və hərbi-texniki təchizatdan danışıb. Lakin iki ölkənin hərbi dəniz gücünə diqqət yetirilərsə, daha modern və dəqiq vuran silahlara sahib olan İsrail bu xüsusda İranı üstələyir. Bu səbəbdən mümkün ola biləcək dəniz toqquşmasında İran hərbi donanmasının İsrail ilə mübarizə apara bilməyəcəyi açıq-aşkar görünür.

 

Digər tərəfdən, ötən bir neçə il ərzində İsrail Hərbi Hava Qüvvələri Suriyada olan “Sepah” qüvvələri və İrana bağlı yaraqlılara qarşı dəfələrlə hava hücumları təşkil edib. Bu hücumlar nəticəsində çoxlu sayda hərbçi və yaraqlı ölsə də, İran bu günə qədər İsrailə qarşı heç bir analoji addım ata bilməyib.

 

Netanyahu İranın neft qaçaqmalçılığı ilə mübarizə aparacaqlarını desə də, bunun hansı formada həyata keçiriləcəyi ilə bağlı heç bir açıqlama verməyib. Mütəxəssislərin fikrinə görə, İsrailin İranın neft qaçaqmalçılığı ilə mübarizə aparmasının tək yolu iki ölkənin hərbi donanmalarının dənizdə baş verəcək toqquşmalarından keçir.

 

Qeyd etmək lazımdır ki, bəzi mənbələrin məlumatına əsasən, İranın neft tankerləri beynəlxalq sularda üzərkən öz siqnal ötürmə sistemlərini söndürülər, öz yüklərini apardıqları ölkələrdə boşaldıb, İrana yaxınlaşdıqda yenidən yandırırlar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar