Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edilib

2021-05-06 13:17

Mətin Balasən oğlu Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.

Gunaz.tv Quote | Gunaz article

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Mətin Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, M.Eynullayev 1975-ci il martın 22-də Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

“Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiəsi Fondunda baş hüquqşünas, İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.

2013-2016-cı illərdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışıb. Dövlət başçısının 2015-ci il 22 iyun tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Dövlət qulluğunun kiçik müşaviridir. Prezidentin 2017-ci il 11 yanvar tarixli sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. Dövlət başçısının 2018-ci il 17 yanvar tarixli sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.

M.Eynullayev bu təyinatadək Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisinin səlahiyyətlərini icra edirdi. (report)


Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

2021-06-16

gun az article

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb

2021-06-16

gun az article

İsrailin texnologiya şirkətləri Qarabağda fəaliyyət göstərə bilər

2021-06-16

gun az article

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

2021-06-16

gun az article

Rafael Qrossi: “Nüvə sazişini canlandırmaq üçün İranda yeni hökumətin iş başına gəlməsinə qədər gözləməliyik”

2021-06-16

gun az article

Ərdoğan Milli Məclisdə çıxış edir - CANLI

2021-06-16

gun az article

İranda mühafizəkar namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina edib

2021-06-16

gun az article

“NATO ilə əməkdaşlığın daha da genişləndirilməsini istəyirik” – Hikmət Hacıyev

2021-06-16

gun az article

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”

2021-06-16

gun az article

İran rəsmisi: “Prezident seçkilərinin nəticəsi şənbə günü elan ediləcək”

2021-06-16

gun az article

İranda 210 deputat İbrahim Rəisi ilə bağlı prezidentliyə namizədlərə müraciət etdi

2021-06-16

gun az article

Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olunub - FOTO

2021-06-16

gun az article

“Sülhməramlılar gedəcək, Xankəndi Azərbaycanın nəzarətinə keçəcək”-İlham İsmayıl 

2021-06-16

gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16