Emmanuel Makron İranla Amerika arasında vasitəçilik etməyə hazır olduğunu bildirib

2021-02-05 13:41

Fransa prezidenti Emmanuel Makron fevralın 4-də Amerikanın ən nüfuzlu düşüncə mərkəzlərindən olan Atlantik Şurasının toplantısında çıxış edərək, İran və ABŞ arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

Gunaz.tv Quote | Gunaz article

Tehranla Vaşinqon arasında yeni danışıqların baş tutması üçün “səmimi surətdə” vasitəçi rolu oynamağa hazır olduğunu bildirən Makron deyib ki, İranla aparılacaq yeni nüvə danışıqlarına Səudiyyə Ərəbistanı və İsrail də qoşulmalıdır: “Mən Amerikanın İranla yeni danışıqların baş tutması üçün göstərəcəyi hər hansı bir əməli təşşəbbüsünə dəstək vermək üçün bütün səy və imkanlarımdan istifadə edəcəyəm.


Mən İranın nüvə və ballistic raketlər proqramının məhdudlaşdırılması üçün aparılacaq hər hansı bir yeni danışıqları dəstəkləyir və hesab edirəm ki, yeni müzakirələrə Səudiyyə Ərəbistanı ilə İsrail də qoşulmalıdır. 


Daha doğrusu, biz Səudiyyə Ərəbistanı və İsrailin belə bir müzakirələrdə iştirak etməsi üçün bir yol axtarıb tapmalıyıq. Çünki bu iki ölkə bizim regionda olan ən mühüm və həlledici tərəfdaşlarımızdan sayılırlar və birbaşa bu kimi danışıqların aparılmasında maraqlıdırlar”, -deyə Fransa prezidenti Emmanuel Makron dünən ABŞ-ın ən nüfuzlu düşüncə mərkəzlərindən olan Atlantik Şurasının iclasında etdiyi çıxışında bildirib. 


Xatırladaq ki, Makron yanvarın 29-da “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Qərb ölkələrinin İranla aparacağı yeni nüvə danışıqlarından və İranın nüvə silahına yiyələnməsinin qarşısının alması üçün çox az fürsət qalmasından danışmışdı: “İranla aparılacaq yeni nüvə danışıqları çox çətin və mürəkkıb olacaq. Hesab edirəm ki, bu dəfə İranla aparılacaq hər hansı bir müzakirəyə bizim regional tərəfdaşlarımız, o cümlədən də Səudiyyə Ərəbistanı da qoşulmalıdır.

 
İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün çox az fürsət qalıb. Güman edirəm ki, bizim regiondakı müttəfiq və tərəfdaşlarımızın, xüsusən də Səudiyyə Ərəbistanının da bu danışıqlara qatılması zəruridir”, -deyə Fransa prezidenti Emmanuel Makron bəyan etmişdi.


Fevralın 3-də isə İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxış edərək, Qərbin Tehranla yeni nüvə danışıqları aparmaq istəməsi ilə bağlı səsləndirilən fikirlərə qarşı çıxdığını bəyan edib.

Картинки по запросу "حسن روحانی، رئیس‌جمهور ایران"

İran prezidenti Həsən Ruhani

 
O öz çıxışında Fransa prezidenti Emmanuel Makronun Tehranla aparılması nəzərdə tutulan yeni nüvə danışıqlarına Səudiyyə Ərəbistanının və regionun digər ölkəsinin qoşulması ilə bağlı təklifini rədd edib: “Biz nüvə razılaşması (Bərcam) barədə heç bir ölkə ilə yenidən danışıqlar aparmayacaq. Nüvə sazişinin heç bir bəndi də dəyişməyəcək və əlavə heç kəs də bu sazişə qoşulmayacaq”, -deyə İran prezidenti Həsən Ruhani bəyan edib.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15

gun az article

"Qafqazın tarixi yenidən yazılır"-Prezidentin sözçüsü

2021-06-15