Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05 11:15

​​​​​​​Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Təşkilatının Baş direktoru Həsən Abbasnejad Əncird yatağında aparılan işlərin yaratdığı ekoloji problemlərdən danışıb. 

Gunaz.tv Quote | Gunaz article

Baş direktor bildirib ki, Əncird mədəninin məsullarına verilən 2 aylıq müddət bitib. Onun sözlərinə görə, mədən rəhbərliyi yaranmış ekoloji problemlərin aradan qaldırılması ilə bağlı tədbir görməsə, daha sərt addımlar atılacaq.

Qeyd edək ki, Əhər mahalında yerləşən Əncird mis yatağı ərazisində zəhərli tullantıların yığılması üçün qurulan bənd ekologiyanın çirkləndiri və ətraf mühitə zərər vurur.

Bundan öncə əlaqədar təşkilatların Əncird mis mədənində keçirdiyi görüşdən sonra mədən müdirlərinə ekologiyanın təmizlənməsi və tullantıların idarəolunması üçün iki ay möhlət verilmişdi.
 
Onlardan tullantıların yığılması üçün qurulan bəndin götürülməsi, fəsadların aradan qaldırılması və başqa önləyici tədbirlərin görülməsi tələb edilmişdi.

Qeyd edək ki, fevral ayının sonlarında mis yatağının yerləşdiyi bölgədə olan Zəndava kəndinin sakinləri etiraz bəyanatı yayıb.

 “Əncird mis yatağı rəhbərliyinin bölgə əhalisinə zülmü” başlığı ilə yayılan bəyanatda mədənin zəhərli tullantılarının bölgə əhalisinə və əkin sahələrinə vurduğu ziyandan bəhs olunur.

Yerli mətbuatda geniş yayılan bəyanatda yazılanlara görə, torpaq sürüşməsi nəticəsində Əncird mis yatağının kimyəvi tullantıları Zəndava çayı vasitəsilə Abullu, Abrıq, Azğan və b. kəndlərin ərazisindən keçərək Əhər çayına tökülür, bu çay vasitəsilə isə Xiyava qədər yayılır.

Sakinlər bildirir ki, bu, bölgə əhalisinin sağlamlığına ciddi mənfi təsir göstərir, eyni zamanda əkin sahələrini yararsız hala salır.

"Bu qədər zülmdən hara getməli, kimə müraciət etməli?” deyə, fəryad edən sakinlər ətraf mühit fəallarından yardım istəyib. Onlar əyalətin valisi, ekologiya təşkilatları və məhkəmə orqanlarından məsələ ilə bağlı tədbir görmələri tələb edib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildə qrafitlər və divar yazıları: “Azərbaycanlı məhbusların hüquqlarını pozan məhkəmə sisteminin başçısı xalqın hüquqdan danışmasın!”-FOTO

2021-06-13

gun az article

Güney azərbaycanlı məhbusların aclıq aksiyası genişlənir-Daha üç məhbus aksiyaya qoşuldu

2021-06-13

gun az article

Təbrizdə iki mədəni fəal həbsxanaya aparılıb

2021-06-12

gun az article

Keçmiş siyasi məhbuslardan Abbas Lisaniyə dəstək

2021-06-12

gun az article

Təbrizdə Abbas Lisaniyə dəstək verilib-FOTO

2021-06-12

gun az article

Abbas Lisaniyə dəstək aksiyası davam edir

2021-06-12

gun az article

Rəşt şəhərində türklərə məxsus yer adları dəyişdirilir-VİDEO

2021-06-12

gun az article

Zənganın ölümə aparan yolları: Ən azı 1600 kilometr yol təmir edilməlidir

2021-06-12

gun az article

Günaz.TV-nin rəhbəri İraq kürdlərinin Urmu seçkilərindəki müdaxiləsinə münasibət bildirib-VİDEO

2021-06-12

gun az article

Abbas Lisaninin başladığı aksiya genişlənir: Siyasi məhbus Yusif Kari də aclığa qoşuldu

2021-06-12

gun az article

İraq kürdləri Qərbi Azərbaycan seçkilərinə müdaxilə edir-FOTO, VİDEO

2021-06-12

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ələ keçdi

2021-06-12

gun az article

Abbas Lisani aclıq aksiyasına başladı

2021-06-12

gun az article

Ərdəbildə divarlara milli şüarlar yazıldı: “Tehranda seçkilər, Azərbaycanda aclıq aksiyası”-FOTO

2021-06-12

gun az article

GünazTV June.11.2021: Körpü: İran'da Qondarma Seçkilər, Güney Azərbaycan Milli Hərəktinin Tarixi Qalibiyyəti

2021-06-12

gun az article

GünazTV June.11.2021-Azadlıq səsi: Milli hərəkat və seçki

2021-06-12

gun az article

Milli hökumətin başçısı Seyid Cəfər Pişəvərinin doğum günüdür

2021-06-12

gun az article

Urmulu türk xanım Parisdə Beynəlxalq Karate Liqasının münsif üzvü seçildi

2021-06-11

gun az article

Prezidentliyə namizəd İbrahim Rəisi Urmu gölünün bərpasından danışıb

2021-06-11

gun az article

Binab kəndlərində içməli su böhranı-VİDEO

2021-06-11