SON XƏBƏRLƏR

“Əndəryan Qızıl Mədənindən qaynaqlanan ətraf mühit problemləri araşdırılmalıdır”

2021.10.20, 07:36
“Əndəryan Qızıl Mədənindən qaynaqlanan ətraf mühit problemləri araşdırılmalıdır”

Gunaz.tv

GünAz TV: Ötən həftələrdə Şərqi Azərbaycanda Vərziğan bölgəsinin Əndəryan kəndinin yaxınlığında yerləşən qızıl mədəni ətrafında mal-qaranın kütləvi şəkildə tələf olması mədəndən qaynaqlanan ətraf mühit problemlərini yenidən gündəmə gətirib.


Mövzu ilə bağlı “Fars” xəbər agentliyinə danışan Şərqi Azərbaycan Ədliyyə İdarəsinin rəisi Musa Xəlilullahi təcili olaraq bu məsələyə baxılmasını tələb edib.
“Mədən ətrafında mal-qaranın kütləvi şəkildə tələf olması və ətraf mühitin çirklənməsi ilə əlaqədar xüsusi iclas keçirildi. Şərqi Azərbaycan Ətraf Mühit İdarəsinin rəisi və ekspertlərin iştirakı ilə keçirilən iclasda Ətraf Mühit İdarəsi elmi araşdırma və götürülən testlərin nəticəsini açıqladı. Bildirildi ki, ətrafa zəhərli maddələr yayıldığı üçün mədənin fəaliyyəti məhkəmə hökmü ilə dayandırılıb.”- deyə o bildirib.


Musa Xəlilullahi iclasda mədənlə bağlı keçirilən iclasın nəticəsinə də işarə edib:
“İclasda qərara alındı ki, Şərqi Azərbaycan Ədliyyə İdarəsinin nümayəndələri, Ətraf Mühit İdarəsinin ekspertləri, eləcədə universitetlərin geologiya və ətraf mühit üzrə ekspertləri mədənə baş çəkməlidir. Onlar mədənin fəaliyyəti və ətraf mühitə təsiri ilə bağlı elmi araşdırmalar aparıb, nəticəsini Ədliyyə İdarəsinə təqdim etməlidir.”


Qeyd edək ki, mart ayında Əndəriyan Qızıl Mədəninin ətrafında yerli əhalinin mal-qarası kütləvi şəkildə tələf olmuşdur. Bundan sonra mədənin fəaliyyəti rəsmi orqanlar tərəfindən müvəqqəti olaraq dayandırılıb.


Təxminən 30 milyon ton ehtiyatı olan Əndəryan mədəni Şərqi Azərbaycan əyalətinin Vərziqan məntəqsində yerləşir. Əndəryan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar. Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı sularını da çirkləndirə bilər. Bu şəkildə ətraf mühit təhlükəli maddə ilə çirklənmiş olur.


Ötən aylarda Şərqi Azərbaycanın bir qrup ətraf mühit fəalı İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə açıq məktub ünvanlayaraq Əndəryan qızıl mədəninin ətraf mühitə ziyan vurduğunu bildirib, məhkəmənin bu məsələyə müdaxilə etməsini tələb etmişdilər.


N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar