SON XƏBƏRLƏR

"Yeni döyüş tapşırıqlarının icrasına hazır olun"-Zakir Həsənov komandolara tapşırıq verdi

2021.11.26, 10:53
"Yeni döyüş tapşırıqlarının icrasına hazır olun"-Zakir Həsənov komandolara tapşırıq verdi

Gunaz.tv

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində deyib.

Müdafiə naziri şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.

General-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçularının, eləcə də hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqları yüksək qiymətləndirdiyini bildirib. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar