Pentaqon sözçüsü: “İranın pilotsuz uçuş aparatları son illərdə daha “ölümcül” olublar”

16.12.2021, 16:29

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi dekabrın 15-də Amerikanın MSNBC telekanalına müsahibəsində İranın gündən-günə inkişaf etdirməyə çalışdığı pilotsuz uçuş aparatlarından və Tehranın regional dağıdıcı fəaliyyətlərindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

O deyib ki, İran hazırda özünün nüvə ambisiyaları ilə yanaşı region ölkələrinə qarşı dağıdıcı və təhdid dolu fəaliyyətlərini irəli aparmağa çalışır.

“Son illər İranın PUA-larla bağlı proqramı inkişaf etdirilib və bu ölkənin pilotsuz uçuş aparatları daha dəqiq və daha ölümcül hala gətirilib. BU isə bizim nigaranlığımıza səbəb olub.

Hesab edirik ki, nüvə silahı ilə təchiz edilmiş bir İranla Yaxın Şərqdə heç bir problemin həlli asan olmayacaq.

Nüvə razılaşmasını canlandırmaq üçün Qərbin Vyanada İranla apardığı danışıqlara gəlincə, hazırda müzakirələr çox çətin bir mərhələyə çatıb və danışıqların sonunun nə ilə nəticələnəcəyi bəlli deyil”, -deyə Pentaqon sözçüsü Con Kirbi dünən Amerikanın MSNBC telekanalına açıqlamasında bildirib.

Qeyd edək ki, Vyana danışıqlarına qatılan İranın nümayəndə heyəti Amerika və Avropa üçlüyü qarşısında sərgilədiyi dekonstruktiv mövqeyi ilə müxtəlif bəhanələrlə danışıqları uzatmağa və bununla gizli nüvə proqramını daha çox inkişaf etdirməyə çalışır. 

Ekspertlər isə təxmin edirlər ki, İran bu siyasəti ilə danışıqlarda daha çox vaxt qazanmağa və bununla da öz ilk atom bombasını istehsal edib ortaya çıxarmağa çalışır. 

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18

gun az article

Urmuda 6 məhkum edam edilib

2023-03-17

gun az article

"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib

2023-03-17

gun az article

Təbrizin mərkəzində milli məzmunlu şüarlar yazılmış baner asıldı

2023-03-17

gun az article

Azərbaycanlı yazıçı Süsən Nəvadeyi Rəzi vəfat edib

2023-03-17

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Cilovluq qətliamından günümüzə”- VİDEO

2023-03-17