SON XƏBƏRLƏR

SEPAH daha iki etnik bəluçu güllələdi

2022.04.26, 13:01
SEPAH daha iki etnik bəluçu güllələdi

Gunaz.tv

Bu barədə bəluç fəallarının media orqanı məlumat yayıb. 

Məlumata görə, pərakəndə yanacaq alveri ilə məşğul olan bəluçların avtomobilləri xəbərdarlıq edilmədən atəşə tutulub. Nəticədə Monir Məhəmmədzehi adlı şəxsin yerindəcə ölüb, Rəşid Nuti Zehinin isə ağır yaralanıb.

Bəluç fəallar Xaş şəhərinin Polis İdarəsinin adı çəkilən iki şəxsin narkotik qaçaqmalçıları ilə SEPAH və polis məmurları arasında silahlı qarşıdurma zamanı səhvən güllələndikləri barədə iddiasını əsassız sayır və hər iki şəxsə xəbərdarlıq edilmədən birbaşa atəş açıldığını qeyd edirirlər.

Bəluç Fəalları Kampaniyasının 2021-ci illə bağlı yaydıqları hesabatına görə, ötən il ərzində bəluç vətəndaşlarına qarşı SEPAH və polis məmurları tərəfindən 52 dəfə xəbərdarlıq etmədən atəş açılıb və nəticədə biri qadın, ikisi azyaşlı olmaqla ən azı 48 nəfər ölüb, 29 nəfər isə yaralanıb.

Timur 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar