SEPAH-ın terrorçu qruplar və narkotacirlərlə əlaqəsi barədə daha bir fakt üzə çıxıb

11.05.2022, 12:38

Bir müddət öncə İsrailin kəşfiyyat xidməti "Mossad"ın İranda İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşı Mənsur Rəsuli Haşimabad adlı şəxsi İranda saxlayaraq dindirdiyinə dair məlumat yayılmışdı.

Gunaz.tv Quote | Gunaz article

Adı çəkilən şəxsin Qərbi Azərbaycanın sərhəd bölgəsinin Haşımabad kəndində yaşayan Hərəki kürd tayfasından olduğu bəlli olub.

Mənsur Rəsuli Haşimabad SEPAH üzvü olmaqla yanaşı silahlı kürd qruplaşmaları ilə də əlaqədə olub.

O, həmçinin SEPAH-ın dəstəyi ilə İrandan Avropaya göndərilən narkotik qaçaqmalçıları şəbəkəsinin əsas adamlarından biri olub.

Onun əmisi Adil Rəsuli İnqilab Keşikçiləri Korpusunun bölgə komandirlərindən olub və 90-cı ilərdə silahlı dəstələrlə qarşıdurmada öldürülüb.

Əmisi oğlu Hacı Səbbah Rəsuli isə hazırda Urmunun İnqilab Keşikçiləri Korpusunun Zeviyyə briqadasının komandiridir.

Qeyd edək ki, bir neçə gün öncə İnternetdə yerləşdirilən videoda İrandan kənarda terror əməliyyat şəbəkəsi yaratmaq üçün göndərilən SEPAH üzvü Mənsur Rəsulinin İsrail kəşfiyyat xidməti (Mossad) tərəfindən tutularaq dindirildiyi bildirilir.

İsrail qəzetləri bir səs yazısı yayaraq bildiriblər ki, ölkənin kəşfiyyat orqanı "Mossad" zabitləri 3 nəfərə sui-qəsddə əli olan SEPAH-ın Qüds qanadının agenti Mənsur Rəsulini İran ərazisində həbs edərək dindiriblər.

Səs yazısında Rəsuli deyir ki, İran hökuməti tərəfindən İsrailin Türkiyədəki səfirliyinin diplomatını, Almaniyada bir Amerika generalını və Fransada bir jurnalisti öldürməklə görəvləndirilib.

Qeyd edək ki, video görüntünün yayılmasından sonra İsrail mediası yeni məlumatlar yayaraq dindirmənin 5 ay öncə İranda  həyata keçirildiyini yazıb.

“52 yaşlı Mənsur Rəsuli Rza oğlu, Mossad mənurlarına İrandan qıraqda 3 terror əməliyyatını həyata keçirmək üçün hazırlıq gördüklərini etiraf edib”-deyə, İsrail televiziyası məsələ ilə bağlı yayınladığı son məlumatda bildirib.

Daha öncə bununla bağlı yayılan xüsusi məlumatlara görə, SEPAH-ın Qüds qanadı narkotik qacaqmalçılarından istifadə edərək Türkiyə, Almaniya və Fransada üç terror aktı törətmək niyyətində olub. 

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Dövlət Komitəsində Zabux və Sus kəndlərinin sakinləri ilə görüş keçirilib

2022-08-15

gun az article

Ermənilər Laçında meşəyə od vurub-VİDEO

2022-08-15

gun az article

İran televiziyasının işçisi intihar edib

2022-08-15

gun az article

İranda hicabsızlara qarşı pul cəriməsi tətbiq ediləcək

2022-08-15

gun az article

Suriyada yüksək rütbəli SEPAH zabiti öldürülüb

2022-08-15

gun az article

İranlı alim Azərbaycan haqqında hədyanlar səsləndirdi: “Deyirlər sən Hüseynçi yox, bozqurdçu olacaqsan”

2022-08-15

gun az article

İranda Əfqanıstan vətəndaşı edam edilib

2022-08-15

gun az article

Manatın dövriyyəyə buraxılmasından 30 il ötür

2022-08-15

gun az article

Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçmək qərarı verib

2022-08-15

gun az article

Prezident İlham Əliyev Qırğızıstan Nazirlər Kabinetinin sədr müavinini qəbul edib

2022-08-15

gun az article

Weiss: "Salman Rüşdiyə hücum edən şəxs SEPAH-ın Qüds Qüvvələri ilə birbaşa əlaqəli olub"

2022-08-15

gun az article

Dünya əhalisinin sayı 8 milyardı ötüb

2022-08-15

gun az article

İran Küveytlə münasibətləri yaxşılaşdırmağa çalışır

2022-08-15

gun az article

Blinken İranın Salman Rüşdiyə qarşı zorakılığa təhrikini pisləyib

2022-08-15

gun az article

İrəvan Metropoliteni işini dayandırıb

2022-08-14

gun az article

Ermənistanda ticarət mərkəzində partlayış zamanı 1 nəfər ölüb, 34 insan xəsarət alıb

2022-08-14

gun az article

Laçını tərk edən ermənilərdən növbəti barbarlıq - evləri yandırırlar

2022-08-14

gun az article

Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısına çıxarılıb

2022-08-14

gun az article

Türkiyə ordusu 7 il ərzində 35 mindən çox terrorçu zərərsizləşdirib

2022-08-14

gun az article

Makron Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları imzalayıb

2022-08-14